Cəmiyyət

Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilmiş solo konserti olub - FOTO

21 Dekabr 2019 23:42
1 Şərh     Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 21-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın "Nəsimi ili"nə həsr edilmiş "Həqq məndədir" adlı solo konserti olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onsertdə Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı çıxış ediblər. Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənib, şairin qəzəlləri oxunub.

Tədbirdə, həmçinin Sevinc Ağasıyevanın ifasında musiqisi tanınmış kamança ustası Mark Eliyahuya, sözləri Nəsimiyə aid olan "Etməgil" mahnısının klipi də təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.