Yevlax şəhərinin Qoyunbinəsi kəndində "Hyundai" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az