Cəmiyyət

"Qış Nağılı 2019" adlı Kids Fashion Show yarışması keçiriləcək

17 Dekabr 2019 16:44
0 Şərh     Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qış Nağılı 2019" adlı Kids Fashion Show yarışması keçiriləcək.

21 Dekabr tarixində "Pullman Hotels and Resorts" otelində "Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Qış Nağılı 2019" adlı Kids Fashion Show yarışması keçiriləcək. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcək. "Qış Kolleksiyası"a həsr olunmuş tədbirdə 70 model və 10 modelyer iştirak edəcək.

Modellərin 40 qız, 30 oğlandır. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak edəcəklər. Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Fəxriyyə Xələfovadır.

"Star Kids Group" direktoru - Aygün Əliyeva:

Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.