Mərkəzi Nəbatat bağında "Ekoloji problemlər gənclərin gözü ilə" adlı sərgi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının birgə təşəbbüsü ilə dekabrın 10-da "Ekoloji problemlər gənclərin gözü ilə" adlı sərgi təşkil olunub.
Mərkəzi Nəbatat Bağında keçirilən sərginin məqsədi gənclərin ekoloji sahəyə marağının artırılması və bu mövzuda maarifləndirilməsi, onların yaradıcılıq potensiallarının dəstəklənməsi, sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Milli.Az bildirir ki, sərgidə 14-29 yaşlı gənclərin dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üzrə ekoloji mövzuda əl işlərinin nümayişi, eləcə də gənclərin iştirakı ilə eko-tamaşa, eko-viktorinalar baş tutub. Fərqlənən işlər Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev jurnalistlərə müsahibəsində gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: "Sərgidə 200-ə yaxın əsər nümayiş etdirilir. Ümumiyyətlə, bu gün Azərbaycanda bu sahədə müvafiq dövlət qurumları, ictimai təşkilatlar tərəfindən maraqlı layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyi il ərzində həm Azərbaycanda, həm də ölkəmizdən kənarda beynəlxalq miqyaslı mühüm ekoloji layihələr həyata keçirir. Bu il ölkəmizdə "Nəsimi ili" elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında 650 min ağacın əkildiyi aksiya bu məsələyə böyük diqqət yetirilməsinin göstəricisidir. Belə tədbirlər gənclərin təbiətə daha yaxın olması üçün geniş imkanlar yaradır".
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.6.5 (gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması) bəndinin icrası məqsədilə təşkil olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
XƏBƏR LENTİ
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





