Sürücülük vəsiqəsi imtahanını yol polisi keçirməsin - TƏKLİF - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sürücülük vəsiqələrinin alınması üçün təşkil edilən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi təklif edilir.
Millət vəkili Fazil Mustafa deyir ki, bu ideyanı gerçəkləşdirmək çətin olsa da, mümkünsüz də deyil.
Fazil Mustafa (Millət vəkili): "Bugünkü qəzaların çoxu, məhz bundan doğan problemdir. Bu, təbii ki, mümkündür. Bu məsələ müvafiq qurumlar arasında danışıqlar olarsa, həyata keçirilə bilər".
Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Ekspertlər deyirlər ki, imtahanın hansı qurum tərəfindən keçirilməsinin önəmi yoxdur. Əgər bu iş DYP-dəki kimi icra ediləcəksə, başqa bir quruma həvalə etmək əlavə çətinliklər yarada bilər. Bu, həm də vətəndaşların vaxt itkisinə də səbəb olacaq.
Elməddin Muradlı (Ekspert): "Sürücülük məsələləri ilə bağlı məsələ o qədər də qəliz bir iş deyil. Bunu yol polisi sadə şəkildə həyata keçirir. Real görünmür. Maddi texniki bazanı qurmaq, hər həftə iki-üç dəfə imtahan keçirmək. Bu DİM-in formatını kiçiltmək və ya işinin ağırlaşdırılmasına təsir göstərəcək".
Hazırda Azərbaycanda 4 milyona yaxın insan sürücülük hüququna sahib olsa da, bu rəqəm günü-gündən artmaqdadır. Vətəndaşlar da, indiki prosedurun daha rahat və əlçatan olduğu qənaətindədir.
Millət vəkili Fazil Mustafa bu təklifin gerçəkləşməyəcəyi təqdirdə, şəffalıq üçün vətəndaş nəzarəti ilə bu imtahanların keçirilməsini təklif edir.
Fazil Mustafa (Millət vəkili): "İndiki vəziyyətdə qalmaqla, ictimai nəzarəti gücləndirməklə, daha peşəkar formada, hazırlıqlı adamlara vəsiqənin verilməsi gerçəkləşdirilə bilər".
Təkliflərin, iradların fonunda, məsələ, hələ ki, açıq qalır. Avtomobil idarə etməyi bacaran, qanun və qaydaları bilən şəxs üçün nə fərqi var ki, imtahanı harada verir? Əsas odur ki, bu imtahandan yox, yollarda üzləşəcəyi imtahandan qalib çıxsın...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





