Cəmiyyət

Şəkər atasına görə sabah dəfn olunacaq - FOTO

22 Noyabr 2019 23:26
17 Şərh     Baxış: 10 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonunda aparılsa da, dəfn mərasimi sabah baş tutacaq.

Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan gəlməsini gözləyirlər.

Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olmuş Şəkər nişanlı idi. Xəstəxanaya gələnə qədər nişanlısı onun ölümündən xəbərsiz olub. O, Şəkərin öldüyünü xəstəxanada öyrənib.

Onu da əlavə edək ki, Şəkərlə yanaşı, onun otaq yoldaşları, Quliyeva Dilrubə və İbadova Həmidə də qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hər iki tələbənin durumunun yaxşı olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.