BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetində 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş "Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Universitetdən Milli.Az-a verilən məlumata görə, yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb.
Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan prorektor, Ümumdünya Elm Gününün UNESCO-nun qərarı ilə təsis edildiyini deyib. Bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası 10 noyabr gününü "Sülh və inkişaf naminə ümumdünya elm günü" elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Aydın Kazımzadə həmçinin Ümumdünya Elm Gününün məqsədinin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq olduğunu deyib.
Sonra professor Aydın Kazımzadənin "Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi" mövzusunda məruzəsi dinlənilib. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova "Müasir dövrdə elm cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir" adlı məruzə ilə çıxış edib.
Məruzələr əsasında çoxsaylı çıxışlar dinlənilib, iştirakçııların sualları cavablandırılıb. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib.
Qeyd edək ki, Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





