"Bu işi öyrənmək istəyəndə yoldaşım razı deyildi" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göyçay rayon sakini Kütahi Mollayeva seçdiyi peşə ilə hər kəsin marağını cəlb edən zəhmətkeş xanımdır. Üç övlad anası olan Kütahi 20 ildir pinəçiliklə məşğuldur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, bu sənətin sirlərini həyat yoldaşından öyrənib və ailəsini dolandırmaq üçün bütün çətinliklərə qatlaşıb: "Bu işi öyrənmək istəyəndə yoldaşım razı deyildi, pinəçiliyin çətin və kişi işi olduğunu deyirdi. Amma bütün bunlara baxmayaraq, "aslanın erkəyi, dişisi olmaz" deyib, bu peşənin dərinliklərini və incəliklərini öyrəndim".
O, gördüyü işə görə digər kişi pinəçilərdən heç də geri qalmır. Peşəsinə hər zaman məsuliyyətlə yanaşan qadın pinəçinin səliqə ilə tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir. Ayaqqabıların tikilməsi üçün dəri məhsullarını Bakı, Mingəçevir və İrandan gətirən pinəçi, sifariş əsasında istənilən üslubda qadın və kişi ayaqqabılarını tikə və təmir edə bilir.
Müştərilər ayaqqabılarının təmiri üçün 2-13 manatdək, tikilməsinə isə 20-35 manatadək pul xərcləməli olurlar. Kütahi Mollayaveva bildirir ki, qayınatasından yoldaşına, ondan da özünə miras qalan bu peşəni hazırda övladı davam etdirir.
Pinəçi qadının 21 yaşlı oğlu Teymur Mollayevin bu peşəyə həvəsi 8 yaşından yaranıb. Atasından öyrəndiyi sənəti, anasının köməyi ilə mənimsəyib. Günün bir neçə saatını kiçik emalatxanada anası ilə keçirən Teymurun hədəfləri böyük, istəkləri isə çoxdur.
Hələlik Göyçay və ətraf rayonlardan sifariş alan Teymur deyir ki, əgər şirkətlərdən, fabriklərdən hansısa bir təklif gələrsə, anası Kütahi xanımla birgə əməkdaşlıq etməyə hazırdırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





