Cəmiyyət

Nazirliyin bu qurumu “Azəriqaz”ı məhkəməyə verdi

20 İyul 2019 16:20
1 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və İdman Nazirliyinin balansında olan "Ağcabədi Olimpiya İdman Kompleksi" özünün qaz borcuna görə məhkəməyə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qurum Şirvan İnzibati İqtisad Məhkəməsinə üz tutaraq "Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia qaldırıb.

"Ağcabədi Olimpiya İdman Kompleksi" qanunsuz hesablanmış fevral ayında 21000 kub.m, mart ayında 29320 kub.m, cəmi 50320 kub.m mavi yanacağın sərf olunması və nəticədə, cəmi 10063,95 manat hesablanmış borc məbləğinin etibarsız hesab olunması və bu məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.