Cəmiyyət

Günün qoroskopu: Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur

9 Avqust 2019 00:01
25 Şərh     Baxış: 9 386

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun.

Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun.

Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz.

Buğa - sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır.

Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin.

Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun.

Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın.

Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil.

Əkizlər - zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var.

İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.
Təmkinli, səbrli olun, emosiyalara uymayın.

Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz.

Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək.

Xərçəng - yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun.

İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.  
Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir.

Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın.

Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.
Səhhətiniz barədə düşünün.

Şir - qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq.

Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin.

Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır.

Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz.

Qız - həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın.

 İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.
Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin.

Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.
Axşam saatlarında istirahət edin.

Tərəzi - emosional gündür. İndi əsas məsələ "arxa cəbhə"ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır.

Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin.

Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir.

Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.
Axşam saatlarında yaxşıca istirahət edin.

Əqrəb - gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin.

Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.
Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin.

Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil.

Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin.

Oxatan - işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin.

Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.
İşlərin gedişatı sizi narazı sala bilər.

Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın.

Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.
Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır.

Oğlaq - bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin.

Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.
Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz.

Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.
Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər.

Dolça - ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin.

Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.
Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın.

İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.
Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin.

Balıqlar - səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər.

Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq.

Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.
Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin.

Axşam saatlarında dincəlin.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 08:4030

    Sabahiniz xeyir olsun cumeniz mubarek olsun/

    Cavab yaz
    • Anonim
      Esra cana · 9 Avqust 10:2710

      Bahem urek

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:3311

        Nurlanam canimmmmm sende saq ol var ol

        Cavab yaz
  • Anonim
    Esmer · 9 Avqust 09:40150

    Başlamaq ücün ne qeder qerarlı olmaq lazmdırsa Bitirmek ücünde O qeder güclü olmaq lazmdır ...

    Cavab yaz
    • Anonim
      Aqaya:) · 9 Avqust 10:2620

      Likeee

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:3825

        Esmərim canimm mennn 0-dan baslamaqa qerar verdimmm Karyera qurmak haqqindaaa fikirlesiremmm veee baslayacammm bütün gücümüüü.

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Avqust 10:4700

          Can inşallah Esram Allah güc versin

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:5801

            Canim Esmərim dualar edinnnn meneee .

            Cavab yaz
            • Anonim
              Nurlana · 9 Avqust 11:3400

              Mende oz ayaqlarimin ustunde durmaga qerar verdim. Oz karyerami quracam. Day papa ushagi olmayacam:))). InshAllah ishim alinsa Sentyabrdan buralarda az az olacam:(

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 9 Avqust 11:4633

              Men sentyabrda hazirlasacam gelen il mayda imtahan verecem muellimliyeee girim isleyimm dahaa bele olmazzzz besdiii muftee gezdim mendeee atamin şotunaaaa ujeeeeee qeraraim cidddidiii.Girsem islesem buralara vidaaa meni sevmeyen Dislike edenler enn coxx siz dua edinn onsuz da meniii buralarda gormekk istemirsiniz tezlikleee bu arzunuz menim xeyrimeee reallassin Amin ! Allahimmm.Nurlanam Allah ikmizide yol acsin esas realliqdi real heyatimiz

      • Anonim
        Esmer · 9 Avqust 10:4600

        Can Necesen Aqaa)) ?

        Cavab yaz
        • Anonim
          Nurlana · 9 Avqust 11:3100

          Yaxciyam canim,sen necesen? Ushaqlar necedir? Haralardasan aqaa?:))

          Cavab yaz
          • Anonim
            Esmer · 9 Avqust 11:4800

            Yaxsl ol her zaman canim men cox cox uzaqlarda ))))) telfonsuz istirahet edirem )))

            Cavab yaz
  • Anonim
    Zəhra · 9 Avqust 10:11120

    Cüməniz mübarək!

    Cavab yaz
    • Anonim
      Zekosha · 9 Avqust 10:2710

      Cox sagol Bahem cannnn

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:3303

        Ağəz Zehra can, cümende mübarek Şənbə bazarindaaa sonraaaaa:))

        Cavab yaz
        • Anonim
          Nurlana · 9 Avqust 11:3400

          *_* :))

          Cavab yaz
        • Anonim
          Zəhra · 9 Avqust 15:4900

          Sağolun canlar. Allah güldürsün sizi. Öldüm gülməkdən :)

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:1814

    Dünen ki, şeirim ardin yaziram-Elə düşündüm ki, mən O aləmdi o vaxtdi,Otaq hemen otaqdi , ömür hemen ömürdü Könlüm acilmasa da Könüllü dustaqinam.Aq cicekler gorurem Men gormurem o qizi.Baharimi itirdim Tapdim solqun payizi,Baxdin mene 1 anliğ Qerq oldun seadete Baxdin ona bir anliq Qerq oldun qaranliqa Gözümle yalvarirdim Gizlet sen gozlerini Qoy yoldasin gormesin Bizi namerd bilmesin.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:2304

    Bu gün yasadiqimiz gün sabahisi xatireye cevrilir Zaman gecir tarixe cevrilir..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:2604

    İnsan ucun 2 nov varliq var Maddi ve menevi varliq Daxilen gozlesenseee her sozun basina ip baqlamirsan , hec kimin qelbine deymirsenseee meneviii varsannnn zenginsennn .Maddi insan iseee her bir emelin de az qalir maddiyyatlaaaa olcsunn bele insanlar bu gün var sabah yox olanlardiii.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:3004

    Bedbinliye qapilmaq-Heyatdan kusmek demekdir Ve insanlarda bu olurrr.

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Avqust 10:4810

      SALAM Şemkirli Balası necesen haralardasan .işlerin necedi ?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 9 Avqust 18:1610

        Salam Esmer Sukur Ne yaxsi gorduk Seni haralardasan necesen ?? Bu qederde olmaz axi ay etibarsiz??,nese ugurlar Sene xos isdirahet eve get rahat danisariq Esmer deyeceklerim olacaq Sen,,onu deyim ki Meni gunahkar bilme esil sebeb basqadi,,,helelik

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Avqust 20:0100

          Eybi yox neynek Amma incidim senen neyse bow ver .telfonum ustadi insallah alim rahat yazacam sag ol bil ki men etibardlz deylem neyse eybi yox ...

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.