Cəmiyyət

Günün qoroskopu: Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun

5 Avqust 2019 00:01
48 Şərh     Baxış: 11 730

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin.
Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz.
Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin.
Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz.
Axşam saatlarında yaxşı istirahət edin.

Buğa - Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın.
İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız.
Maliyyənizlə risk etməyin.
Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür.
Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin.

Əkizlər - Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Hövlnak qərarlar verməyin.
Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər.
Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz.
Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın.
Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.
Gəlir istisna deyil. Çəkinməyin, risk edin.

Xərçəng - Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.
Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.
Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz.
Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın.
Axşam saatlarında stressdən qurtulun.

Şir - Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz.
Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın.
Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz.
Maliyyə itkiləri istisna deyil.
Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun.

Qız - Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.
Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin.
Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil.
Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin.

Tərəzi - Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun.
Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.
İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir.
Çətinliklər sizi qorxutmamalıdır.
Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.
Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar.

Əqrəb - Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.
Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin.
Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın.
Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun.
Sevdiyiniz insana xoş sürpriz edin.
Axşam saatlarında romantik görüş ola bilər.

Oxatan - Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz.
Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin.
Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun.
Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın.

Oğlaq - Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.
Yaradıcılıq məsələlərinin çözümündə böhran var.
Müstəqil düşünün, qeyri-standart qərarlar verin.
Başqalarına bənzəməyə çalışmayın.
Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün.
Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.
Axşam saatları günün stressindən qurtulun.

Dolça - İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün.
Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər.
Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin.
Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək.
Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin.
Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin.

Balıqlar - Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər.
Nüfuzlu və güclü düşmən qazana bilərsiniz.
Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər.
Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.
Axşam saatlarında günün sonuclarını götür-qoy edin.

Milli.Az

loading...

Şərh yaz:

48 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Avqust 00:02150

    Yeni heftemizin 1-ci günü uqurlar olsun hammimiza !

    Cavab yaz
    • Anonim
      Esraya · 5 Avqust 09:3431

      Amin canim,bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 09:3852

        Cannn saq ol var oll !

        Cavab yaz
    • Anonim
      Harlnpass · 5 Avqust 13:2000

      Sizinle bahem can ciyer

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 13:5510

        Coxxx saq ol var ol Harlnpasaaa

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Avqust 00:045014

    Gülməcə-Kisi hamile arvadin aparir raddoma qadinin oqlu olur Kisi pencereden yoldasin caqirir deyir arvad tebrik edirem .Arvadda deyir: cox saq ol ay kisi Kisi deyir: Arvad oqlumuz kime oxsayir Arvad deyir: Ay kişi sen tanimirsan ha ha ha ))0

    Cavab yaz
    • Anonim
      Esraya · 5 Avqust 09:3484

      :)))))))

      Cavab yaz
    • Anonim
      asi · 5 Avqust 09:44121

      Əsra, sənin lətifə bazanda 18+dan aşağı bir şey yoxdu deyəsən))..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 09:47123

        ha ha ha asi öldüm gülmekdennn )))Yuxari var 28+ )))

        Cavab yaz
        • Anonim
          asi · 5 Avqust 10:0860

          Onları saxla).. Qurşaqdan aşağı çox yazmısan, bəsdi..)).. bir az da fərqlilərin yaz)..

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 5 Avqust 10:1567

            Olduuu baş üsteee bu gece yaxsilarin cixartaram bazadann ))

            Cavab yaz
    • Anonim
      Yasemen · 5 Avqust 10:4065

      Ha ha haa:)) allah sizi güldürsün Esra bacı 5 like menden size hediyye

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 10:5251

        Cannn cox saq ol var ol.

        Cavab yaz
    • Anonim
      Harlnpass · 5 Avqust 13:2120

      )))) super prensessss

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 13:5530

        Superrr günün olsun Harlnpasaaa

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Avqust 00:0486

    Vəəəəəəə geceniz xeyre qalsin yuxunuz bal Esra olsun bal Mestan Esraaa şipşirin olsun

    Cavab yaz
  • Anonim
    Harlnpasa · 5 Avqust 00:0805

    Salam can ciyerler gununuz ugurlu olsun Zehra balaca dostum necesen dunen havada sorusmusunuz vaxtlm az olur birisi gundenden sizlernen olacam

    Cavab yaz
    • Anonim
      Dostuma · 5 Avqust 09:3521

      Salam Dostum cox sag ol,bahem. Necesen?

      Cavab yaz
      • Anonim
        Harlnpass · 5 Avqust 13:2210

        Sag ol gozel dost men yaxsl sen necesen

        Cavab yaz
    • Anonim
      Zəhra · 5 Avqust 11:5600

      Salam qardaş. Çox sağol yaxşıyam. Eybi yoxdu gözləyərik

      Cavab yaz
      • Anonim
        Harlnpass · 5 Avqust 13:2200

        Cox sag ol Zehra

        Cavab yaz
  • Anonim
    Olıo · 5 Avqust 06:404318

    2700 baxış camaat yatmır deyesen))

    Cavab yaz
  • Anonim
    Arzu · 5 Avqust 07:5530

    Salamlar doslar bacılar sabahınız ugurlu gününüz ugurlu kecsin dualarım hamımızla olsun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Avqust 10:4311

      Arzum canim bacim cox saq ol bahem.

      Cavab yaz
    • Anonim
      Zəhra · 5 Avqust 11:5800

      Salam Arzucan bahəm

      Cavab yaz
    • Anonim
      Harlnpass · 5 Avqust 13:2300

      Sizinle bahem Arzu

      Cavab yaz
  • Anonim
    delisov · 5 Avqust 08:3454

    sabahiniz xeyirli gununuz ugurlu olsun. esrayA coxlu salamlarimi catdiriram. herwey konlunce olsun

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Avqust 09:3844

      Cox saq ol var ol Qarsiliklidir Seninde konlunce olsun butun istediklerin heyata gecsin !

      Cavab yaz
  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 5 Avqust 08:4684

    Kunq fu Panda gedir baxin daaaa)))

    Cavab yaz
    • Anonim
      Esraya · 5 Avqust 09:3634

      Hansı kanalda?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 09:4344

        Medeniyyet

        Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 09:43104

        Qurtarib men serhi yazanda gedirdi indi Harri Potere baxiram Liderden

        Cavab yaz
  • Anonim
    asi · 5 Avqust 09:1355

    Inanmaq istəməsəm onda necə??).. Bəlkə heç bilərəkdən inanmaq istəmirəm).. Çətini qapının açıb evdən küçəyə çıxıncadı, ondan sonrası bütün alış veriş mənim üçün uğurlu hesab olunur, bəzən gərəksiz şeylər alsam da))..

    Cavab yaz
  • Anonim
    Yasemen · 5 Avqust 10:4278

    Qaraskop səhifəsi cox maraqlı olur esas Esra bacı cox canlandırır kung fu pandanı cox sevirem mende lider tv harry potere baxıram

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 Avqust 10:5326

      Canim bacim cox saq ol

      Cavab yaz
  • Anonim
    Olio · 5 Avqust 10:48239

    Səhər tezdən saat 6:40da yazdığım şərhimə 24 like, və 8 dislike gelib indi açıqlayın nəsə pis söz yazmışam?Allahdan qorxmursuz dislike verirsiz 1ni verdiz besdi nedi ne xeberdi 8i birdən geldi bu qeder saxtalıq etmiyin

    Cavab yaz
    • Anonim
      Olio · 5 Avqust 10:55113

      10:48de yazdığim şerh etibarile 16 dislike oldu 8den 16ya keçdi maşallah mende istesem 50ni vererem amma istemirem yazdığın şərhə olan like verenler Allah dayağınizda olsun

      Cavab yaz
  • Anonim
    Zəhra · 5 Avqust 11:5701

    Salam Hamıya.

    Cavab yaz
    • Anonim
      Harlnpass · 5 Avqust 13:2400

      Sizide salam

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Avqust 12:4250

    Hangimiz sevmedikkk mahniii sauntrekttt superrrdiii eee adaminn ruhunnnnnnn dinceldirrrr ..Ay daaaaa (((((Yani bu heyatda sevmeyen qelbinde istek olmayan kimse olarrr sevgili nezerde tutmuram Her seyii nezerde tuturam Ata,ana, veten, övladdd ne bilimm her seyyyy(((

    Cavab yaz
    • Anonim
      asi · 5 Avqust 13:5121

      Afərin). Belə dvm elə, mənalı, mədəni şeylər paylaş, lətifələrini göndər təqaüdə)).. Olmaz, hər kəs sevir).. Amma ən gözəl sevgi qarşılıq verə bilməyənə olan sevgidir..Qarşılıq verə bilənləri sevəndə istədiyin kimi qarşılıq almayanda hardasa, təəssüf edirsən sevdiyinə..Hətta övlad böyüyüb nankor olanda, valideyn bəzən soyuqluq edəndə qəlbindən keçir ki, mən onları belə sevdim, amma onlar....Ancaq Vətəni sevirsən, dilini sevirsən, təbiəti, çayı gölü və.s sevirsən, amma onlar qarşılıq vermə bacarığında deyil).. Onlara qarşı sevgin çoxaldıqca onlar daha da gözəlləşir, ..Məsələn sevgidən zibilini təmizləyirsən, qoruyursan və.s..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 15:1320

        Likeeee:))

        Cavab yaz
      • Anonim
        Asi xanima · 5 Avqust 15:1420

        Salam necesen Eskadan xeberin varmi?

        Cavab yaz
        • Anonim
          asi · 5 Avqust 15:3210

          Salam..Eska yaxşıdı..Səfərdədi).. Gələndə yazacaq..

          Cavab yaz
          • Anonim
            Asi xanima · 5 Avqust 15:5700

            Saq ol saq salamat gelsin****

            Cavab yaz
  • Anonim
    Zəhra · 5 Avqust 14:0000

    Salam Şəmkirıi qardaşım. Hə 1 milyonun olnada da deyərsən. Yoo zarafat etmirəm. Əsmər hardadır bilmirəm. Amma deyirdi ayın axırı gedəcək. Yəqin gedib. Hə dağdadı bəlkə də ona görə set tutmur. Ola bilər. Səndə üzrlü say indi baxdım dünənkinə

    Cavab yaz
    • Anonim
      delisov · 5 Avqust 22:5920

      esra wexsen men hal hazirda veten ana ata baci qardaw sevgisiyle ehatedeyem ama yenede yalnizlig var heyatimda niye mende alinmir... sevgi stimuldu insana heyata daha cox baglanmagcun

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 Avqust 23:3840

        Bu coxxx cetin sual olduuu niyeee alinmirrr ?? Onda 0-dan başlaaa yeniden sehive ac heyatindaaa kimise sevmek ve yalnizliqdan qurtulmak ücünn Her sevginin öz yeri var tebii ki, valideyn sevgisi qardas baci sevgisi basqa yar sevgisi tamam basqadiii ve olmalidi..

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.