Cəmiyyət

Bakıda ağır yol qəzası: 2 piyada xəsarət aldı

12 Aprel 2010 09:11
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecə Nərimanov rayonu ərazisində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bir ailənin 2 üzvünün "Mersedes" markalı avtomobillə vurulması nəticəsində baş verib. Qəza yerinə dərhal Nərimanov rayon dövlət yol polis şöbəsi, post patrul xidməti və növbətçi müstəntiqi gələrək ilkin araşdırmalar aparıblar. Məlum olub ki, naməlum sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

"Saat 23.00 radələrində məlumat daxil olmuşdu ki, Ziya Bünyadov Prospektində 10 ON 818 dövlət nömrə nişanlı avtomaşın piyadanı vurub. Dərhal hadisə yerinə gəldik və hadisə yeri müayinə olundu. Məlum oldu ki, avtomaşının sürücüsü Ziya Bünyadov prospektində yerləşən körpünün yanı ilə hərəkət edən piyadanı vurmuş və sürücü hal-hazırda yoxdur. Hadisə yerindən qaçıb. Neçə piyada olub? Qadın olub, təcili yardımla aparılıb və yanındakı həyat yoldaşı şahidlərin köməyi ilə kliniki tibbi mərkəzə aparılıb" - deyə Nərimanov RPİ-nin müstəntiqi Anar Ağayarov bildirib.

Kliniki tibbi mərəkəzə çatdırılan ər və arvad həkimlər tərəfindən ilkin müayinədən keçirilib və məlum olub ki, qəza zamanı hər ikisi bədənin müxtəlif nahiyyələrindən ciddi xəsarətlər alıblar. Xəstəxanadan verilən məlumata görə 1965-ci il təvəllüdlü Kərimova Valentina İvanovnanın vəziyyəti daha ağır olduğundan ilk olaraq o əməliyyat otağına qaldırılıb və cərrahi əməliyyata məruz qalıb. Digər yaralıya gəldikdə isə 1957-ci il təvəllüdlü Kərimov Murad Həmdulla oğlunun 7 qabırğası və ayağı qəza zamanı sınıb.

Hər iki xəstə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir. Qəzanı törədən sürücüyə gəldikdə isə avtomaşın hadisə yerində qaldığı üçün onun Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa cəlb ediləcəyi güman olunur. Avtomaşın isə qəza zamanı tamam yararsız hala düşüb.

Müstəntiq qeyd edib ki, hadisənin baş verməsinə ilkin səbəb sürücünün sürət həddini aşması olub. Faktla bağlı rayon polis idarəsində cinayət məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin olunub.

/ANS TV/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.