Cəmiyyət

Günün qoroskopu: Məkrli bədxahların təxribatlarına uymayın

23 İyun 2019 00:01
45 Şərh     Baxış: 8 630

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.

Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.

İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun.

Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.

Buğa - ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.

Günün ikinci yarısında ikinci dərəcəli, mənasız məsələləri çox önəmli saymayın. Sənədləşdirmədə gecikmələrə yol verməyin. Əks halda təxirəslamalar və ləngimələr ciddi problemlər yarada bilər.

Əkizlər - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.

Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.

Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.

İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.

Alış-verişdə bədxərclik etməyin.

Xərçəng - intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda "altıncı hiss" əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində tələsik qərar verməyin. Kredit götürməzdən bütün nüansları araşdırın.

Axşam saatlarında normal istirahət edin.

Şir - günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.

Günün ikinci yarısında maddi rifahınızın asılı olduğu insanlarla təmasları aktivləşdirin. İşgüzar təmaslarda passivlik nümayiş etdirməyin. Yazışmalarda diqqətli olun. Tərəfdaşlarla problemləri müzakirə edin. Qarşı tərəfə sayğı nümayiş etdirin.

Qız - mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.

Günün ikinci yarısında olayları diqqətlə izləyin. Dəyər verdiyiniz insanların səhhəti ilə maraqlanın. Dostlarla əlaqə saxlayın.

Axşam saatları əyləncəyə yollanmazdan əvvəl gedəcəyiniz yer barədə zəruri məlumatları əldə edin.

Tərəzi - fərdi maraqlarınızı kollektivin mənafeyinə qurban verməyin. Günün ilk yarısından işlərdə aktiv olun. Müəyyən məsələlərdə gecikmələr, təxirəslamalar istisna deyil. İşdə həmkarlarınızla mənasız münaqişələrə yol verməmək üçün tapşırıqları təkbaşına yerinə yetirin.

Günün ikinci yarısında yaxın ətrafınızla təmasları minimuma endirin. Peşəkar fəaliyyət sahəsindəki bilikləri artırın. İmkan yaranarsa, vəziyyətin təfərrüatları barədə bilgilənin. Heç bir rəqib sizi qəflətən haqlamamalıdır.

Əqrəb - günün ilk yarısında ən önəmli məsələlər ailə və evlə bağlıdır. Yaxınlarınızın problemlərinin həllində aktiv iştirak edin. Fərdi məlumatların qorunmasına və konfidensiallığın təminatına xüsusi diqqət yetirin.

Günün ikinci yarısında elektron poçtunuzun parolunu dəyişin. İşdə həmkarlarla, fəaliyyətinizdə önəmli insanlarla təmasların qorunmasına, saxlanmasına xüsusi fikir verin.

Ciddi rəqiblə üzləşmə ehtimalı yaranarsa, zəruri arqumentlərə yiyələnin. Davranış modelində düzəlişlər etmək olar.
 

Oxatan - uzunmüddətli planın həyata keçirilməsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətinizdə diqqətli olun. Dəyər verdiyiniz insanın qəlbinə toxunası hərəkətlər etməyin.

Günün ikinci yarısında yeni tanışlarla bağlı gözləntiləriniz çox olmamalıdır. Yalnız özünüzə, biliyinizə, təcrübənizə güvənin. Faydalı təmasların sayını artırın. Nüfuzlu insanın himayəsinə və dəstəyinə zərurət yarana bilər.

Oğlaq - yeni və genişmiqyaslı işlərə başlamayın. Hazırda məşğul olduğunuz işləri yarımçıq qoymayın, onları tamamlayın. Alış-verişdə çox pul xərcləməyin. Böyük məsrəfləri ertələyin.

Günün ikinci yarısında önəmli danışıqları yad gözlərdən və bədxahların qulaqlarından uzaq ortamda aparın. Tələskənliyə qapılmayın. Həmsöhbətinizlə sayğılı davranın. Danışmaqla yanaşı, sizə deyilənlərə diqqətlə qulaq asın.

Dolça - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.

Məkrli bədxahların təxribatlarına uymayın.

İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin.

Günün ikinci yarısı faydalı məlumatlar vəd edir.

Balıqlar - günün ilk yarısında həddən artıq aktiv olmayın. Bir qədər aramla çalışın. Cari işlərin müəyyən qismini ertələmək gərəkdir. Diqqəti əsas məqsədə yönəldin. Dostlar və tərəfdaşlarla birgə fəaliyyətdə xeyir var.

Eqoist olmayın.

Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlarda bəlli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanlarla təmaslarda quru rəsmiyyət və ciddiyyətin səviyyəsini artırmayın. Səmimi, qayğıkeş insan olun.

Yeni dostlarla tanış ola bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

45 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 İyun 00:0370

    Bazar gününüz uqurlu maraqli olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 09:1400

      Seninle bahem Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 İyun 11:0301

        Cannn Esmərim canim

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 İyun 00:0355

    Status-Haqqı qebul etmiyəni, Haqq hec vaxt qebul etməz.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 İyun 00:0455

    Status- Evinde her şeyi temir edib,lakin qirdiqi qelbi temir ede bilmeyen hec vaxttt usta ola bilmez

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 İyun 00:0860

    Peyğəmbər Əfəndimiz belə deyib-Eşitsəniz ki. bir dağ yerin dəyisib , inana bilersiniz Amma esitseniz kimsə, flankəs xasiyyetin dəyisib buna hecc vaxt inanmayin !

    Cavab yaz
  • Anonim
    Mehdiyev Vuqar · 23 İyun 04:4401

    Novbeti şie 1001 gece nagillari

    Cavab yaz
  • Anonim
    Şemkirli · 23 İyun 08:4600

    Salam dostlar sabahiniz xeir,,Daglar Qiz dunenki sehvede yazmisiz dunen gece catdim sukur,,Siz necesiz

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 09:4000

      Salam Ezizim Şemkirli balası Netersen .Qadan alım .he Lap yaxşı işlerinde Ugurlar .onda axşam ustu cıxmısan burdan? İstilerden Canını qurtardın))) darıxacaqsan orda ))) Havalar necedi bura dehşet istdi ...gorum mende ayın axrı belke iki gunluk getdim Dağlara teref .Bilsen oralar nece soyuqdu .

      Cavab yaz
      • Anonim
        Şemkirli · 23 İyun 11:1300

        He gedirsiz gedin ugurlar Size Daglar Qizi menim gelmeymi gozleyirmisiz ele bil,,he buralar serinde helbete,,he axsam cixdim gece catim bura he

        Cavab yaz
        • Anonim
          Esmer · 23 İyun 12:0000

          He Şemkirli Balası .gedsem Şemkire getmiyecem .bir başa kececem Dağlara teref .Mama gelecek Rayona .dunen mama Gelmişdu Şemkire istuden qala bilmedi qayitdi Rayona )) mama Mama deyrem yeni menim iki dene Mamam var da ))) iki xanımın qızyam )) inşallah qismet siz .olanda Şemkire gederem )) şemkir qışda gozeldi .birde Payız .Rayona da gedsem iki gunluk gedecem .cox qalmayacam qalmaqa .iyulda gedecem axırları .

          Cavab yaz
          • Anonim
            Şemkirli 31 · 23 İyun 13:5900

            İnşallah qismət olsa men orda olanda gələrsiz.Siz hansi burcsuz Daglar Qizi hec sorusmamisam???

            Cavab yaz
    • Anonim
      Gozu yaş Qız · 23 İyun 12:1200

      Salam Şemkirli necesiz???

      Cavab yaz
      • Anonim
        Şemkirli 31 · 23 İyun 14:2200

        Salam Gozu yas qiz cox sagolun Xanim Qiz siz necesiz dunen soz sorusdum cavabsiz qoyduz,bu gun yaxsidi her sey

        Cavab yaz
        • Anonim
          Gözü Yaş qız · 23 İyun 15:2900

          Haaa yaxsı her gün yaxşı şükür hamının öz derdi olar....Amma mən bu şəyləri yanımda olan dostlarımın ya olmasa yaxınlarımın derdlrinə gorə yazırəmmmm...Çoxx adamlarla danışrəm onların derdini alırəm psixolog olmak istiyirəm ona gorə amma yaşımın az olduğuna gora mənə ağır gelir ????Şerlar yazırəm bu dərtləri şerlere salırəm...Siz də çox sağ olunn canım dostum...

          Cavab yaz
          • Anonim
            Şemkirli · 23 İyun 16:3700

            Ay ne gozel Siz pisxolog olsaz bizde qocalanda yanivza gelib psxoloji ders alardiq,(((ay qiz menimde ureyim geti ki yeqin bu qizin sevgilisi bunu atib basqasiyla evlenib))zarafat etdim,bizde biraz salovuk axi sirazi heremiz bir yayliq cixardiq,,Siz nikivizin adin deyisin psxoloq qoyun da onda

            Cavab yaz
  • Anonim
    Gözü Yaş Qız · 23 İyun 10:2500

    Tanrım taradan alem dert ile gitmesin, Halimi görenler hiç şaşmasın, Günah banda ne olsa olsun dedim,Bu ömrümü yalanlar mehv eylasın,Hiç ne olmaz bu heste canıma deca vermasın,Tanrım heç kasi GÖZÜ Yaşlı koymasın,Gizlica ağladığım kimse bilmesin... Söz konuşursa bu dilim,Sus diye ağzim kaptılar,Aklız gibi sevdin diye,Derdim bilmedilar gülfüler,Neler arzu etin deli kız diye,Bila candan bezdirdilar,Söyle heyat onlar benim derdim nerden bilsinler,Tanrım heç kasi GÖZÜ Yaşlı koymasın,Gizlice ağladığim kimse bilmesin...(AYNUR ADİLZADE)

    Cavab yaz
  • Anonim
    Gözü Yaş Qız · 23 İyun 10:2610

    Derdi vara Farksız,Ölüm olsun ya doğum gün ya dini bayram o onsuzda her gün ağlayır...

    Cavab yaz
  • Anonim
    Gözü Yaş Qız · 23 İyun 10:2800

    Ben seni kime veremem... Çünkü sen kimiseye lazım değilsin...

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 10:4800

      Aynur .Ne olub Bacı Seher Seher dolmusan yene ))

      Cavab yaz
      • Anonim
        Gozu yaş Qız · 23 İyun 12:1100

        Beli Esmerim ...Hoş geldi mi sana mən yazdığım şerler hamisini özüm yazmişam...

        Cavab yaz
        • Anonim
          Esmer · 23 İyun 12:3400

          Can gozel Aynurum gozel yazmısan canım sen supersen .Allah her kese bir dert verermiş men ele bilirdim tek menem bu qeder derdli olan sen deme her kesin derdi boyuk imiş Allah her kese komey olsun gözel Aynurum

          Cavab yaz
          • Anonim
            Gözü Yaş qız · 23 İyun 15:3200

            Derdin varsa küsməə ə çünkü Tanrım özü seven kuluna dert verir bilirsen??Canım Esmerim

            Cavab yaz
  • Anonim
    Yol verin · 23 İyun 12:4000

    Köhnə sevgilim mənə qayıtmaq isdəyir. Onu çoxxxx sevirəm. Amma ona nifrət də edirəm. İndi bilmirəm nə edim. Sevgikimdə var. Amma heç vaxt onu sevdiyim kimi heç birin sevməyəcəm. Nə edim. ? O mənə xəyanət elədi. Amma indi peşmandı it kimi. Deyib: 100 qızı fırlatsamda ürəyimdəki 1 nəfərdi. O da mənəm. Nə eliyim(

    Cavab yaz
    • Anonim
      Yol verine · 23 İyun 14:0430

      Axrıncı dediyiniz cümle size esl cavabdı.100qız fırlatsam deyibse,demekki senide vaxtında fırladıb.uzaq durmaq lazımdı...

      Cavab yaz
      • Anonim
        Yol verin · 23 İyun 14:3200

        Bilirsən mən onun ilki idim. O da mənim. 3 il bitlukdə olduq. Sonra atdı məni. Çox yalvardım. Belə elımə dedim. Amma mənə fikir vermədi. İndi peşmandı. Deyirmiş: 100 qız fırlatsamda mən bir nəfəri sevirəm. Yaxında da həmin qızla qohum olacam. Düz deyir bu yaxınlarda qohum oluruq.

        Cavab yaz
      • Anonim
        Yol verin · 23 İyun 14:3300

        Uzaqmdurum? Axı sevirəm çoxx. Amma nifrət də edirəm. Ay ALLAH mən nə edim? Hələki mənə heçnə deməyib

        Cavab yaz
    • Anonim
      Şemkirli 31 · 23 İyun 14:1400

      Xanim siz Azerbaycanlisizsa bilmirsizmi Bizim xanimlar xeyaneti bagislamagi bacarirlar MasAllah onlara

      Cavab yaz
      • Anonim
        Esmer · 23 İyun 15:1100

        Şemkirli Balası .Bağışlamaldımı sence Xeyaneti .Mence Bağışlamasın . Xeyaneti Bağışlamaq olmaz .ister sevgi olsun ister dost olsun ister ne olur olsun .xeyanet xeyanetdi Ezizim .

        Cavab yaz
        • Anonim
          Zəhra · 23 İyun 16:0200

          Mənə də maraqlıdır xəyanəti bağışlamaa olar??)! Sevgilim mənə xəyanət eləyib sonra peşman olsa. Əgər onu çox sevsəm. Əvvəl onu süründürərəm. Sonra bağışlayaram))

          Cavab yaz
        • Anonim
          Şemkirli · 23 İyun 16:2900

          Ay Daglar qizi eger Oglala Qiz bir birin heqiqetende cox sevirse mence xeyanet o sevginin yanda bir milcek qeder kicikdi,Offf daglar qizi calisin barisdirin yixanlardan yox tikenlerden olun,qoc burcu olduguvuz gorundu burdaca

          Cavab yaz
          • Anonim
            Zəhra · 23 İyun 18:1400

            :))))). Şəmkirliylə tam razıyam

            Cavab yaz
  • Anonim
    Esmer · 23 İyun 15:1300

    Şemkirli balası .Qadan .Alım 31 nedi Nikinin.yanında ....he he başa düşdüm nedi .) Men Qoc Bürcüyem .ilim de İlan ilidi sizce menen yola getmek olar ))))

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyun 16:0000

    Salamlar Əsmərim və Şəmkirli qardaş necəsiz? Şəmkirli qardaşım siz də şükürlər olsun sağ salamat çatdız Rusiyaya. Bir deyin görüm o Əsmərlə - ustadla uzun müddət mövzu elədiyiniz tutdan yedinizmi???)))))))))). Yəni dedim əgər qismət olmadısa göndərək burdan sizə))

    Cavab yaz
    • Anonim
      Şemkirli · 23 İyun 16:2400

      Salam Zehra xanim cenubun Sirin qizi tut yedimde sozdu coxlu yedim,,Semkirde coxdu hara getseniz kucelerde tut agaclari goresiz cox sirin olur,hec olmusuz Semkirde Cenublu balasi??

      Cavab yaz
      • Anonim
        Esmer · 23 İyun 17:0300

        ))) Şemkirli Balası Nehayet uzun Zamandan sora Guldyunu de gordüm ))) bir soz deyim Beli duz deyirsiz güclü sevginin qarşısını hecne ve hec kim kese bilmez .bele Barşıdıranlardanam amma bele deyek da menim olan menimde qalmaldı .niye başqasına baxmaldı .))) Seven sevgisine Xeyanet etmez Ezizim .)) Menim tek Bürcüm yox İlimde .bürcümde .üst üste düşür ))) bele deyek da deyme mene deymeyim sene )))

        Cavab yaz
      • Anonim
        Zəhra · 23 İyun 18:1700

        Həə lap yaxşı. Amma onu deyimki mən bu tut həsin anlamıram. Bizdə də həyətdə var Amma bircə dənə də yemədim. )). Şəmkirdə olmamışam. Yardımlı, Lənkəran , Biləsuvar , Masallı , Astara , olmuşam. Öz bölgələrimizdə. Birdə paytaxtda çox olmuşam. Amma Gəncə, Quba, Şəmkir çox getmək istədiyim rayonlardı. İndi sənəd işlərinə başım qarışıb Oxuyum inşallah gedəcəm

        Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 16:4400

      Salam Balaca Gözel menem da bele .sen Yaxşı ol gözel qız .Şemkirli tut he yemez olurdumu hec .qurtarana kimi yedi .hele menim ucun de gondermişdi )))

      Cavab yaz
      • Anonim
        Zəhra · 23 İyun 18:1800

        Sağol Ustad. Sənə göndərxi və tək yedin ? Hə Əsmərcan:(((

        Cavab yaz
  • Anonim
    Gozu yaş qiz · 23 İyun 18:3100

    Duz deyirsiz evlendi gitiii(((Eybiyoxxx kismett...Adimide deyiştirecem.psixolig qoyacam...Sag ol var ol Gel yaxin dost olaq

    Cavab yaz
    • Anonim
      Esmer · 23 İyun 18:5900

      Ay Zehra Neye gülürsen Şemkirlinin hansı dedyine Razısan hee.? Menim Bürcüme Lağ edirsiz he men sizin ikinizden de kusdum .danışdırmyacam sizi day ((( Küsdüm sizden day Şemkirli((( Şemkire de getmyecem day sen gelende (((

      Cavab yaz
    • Anonim
      Şemkirli · 23 İyun 22:3400

      Dağlar qızı bircə onu etmeyin kusmek nedi,,yox vAllah Siz bilirsiz ki Men Sizi nece cox isdiyrem,Sizi kimi deyerli insani niye laga qoyaq ki,ay Esmer xanim eslinde kaski mende Qoc burcu olaydim dedim axi burculer icinde 1ci en sanslisi qoc ikincisi oxatandi Zehraha xanimida ozuvuz taniyrsiz nece sade biridi o hec vaxt size gulmez

      Cavab yaz
    • Anonim
      Şemkirli · 23 İyun 22:4700

      Gozu yas Qiz burda xanimlarin coxuyla dostuq biz Sizde onlardan biri yazin bura mende calisaram derdivize serik olum olaq dost ne prablem var ki

      Cavab yaz
      • Anonim
        Gözü Yaş qız · 23 İyun 23:1600

        Sagg olun Allah razi olsun axsamiz heyri olsun...

        Cavab yaz
        • Anonim
          Şemkirliye · 23 İyun 23:4400

          Burda bir Şans Verseydiler ki yalnız bir Xanımla dostluq Şansınız var kimi secerdiz ?? Semimi cavab verin

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.