Cəmiyyət

Günün qoroskopu: xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur

14 May 2019 00:01
39 Şərh     Baxış: 10 579

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.

Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.
 

Buğa - siz bu gün göylərin himayəsindəsiniz. Rəqiblərinizi qabaqlamaq sizə çətin olmayacaq: onların öz problemləri və daxili münaqişələrinə başları qarışmaqdaykən siz öz məqsədinizə doğru inam və asanlıqla addımlayırsınız. Günün maliyyə vəziyyəti ürəkaçandır.

Çox uzaqlardan xoş xəbərlər ala bilərsiniz. Bir çox Buğalar həyatlarını kökündən dəyişməyin vaxtı gəlib çatdığını anlayacaqlar. Sevdiyiniz şəxsdən gözəl təklif ala bilərsiniz. Günün ortası tanışlıqlar üçün münasibdir, bunların istənilən biri romantik axarda davam edə bilər.
 

Əkizlər - şübhələr, həyəcanlar başınızı qatıb. Arzularınız və istəkləriniz təzadlıdır. Odur ki, bir saatın ərzində bir neçə fikir dəyişir, çabalayırsınız. Bununla paralel olaraq əhvalınız da yo-yo kimi "atılıb-düşür". Sizi anlamaq çətindir. Yalnız sizi həqiqətən sevənlər kaprizlərinizə sakit yanaşır, əsəblərini cilovlayırlar.

Qərarsızlığınıza hakim olun, hövsələnizi basın, bir yerdə oturun. Yarımçıq işləri atmaq məsləhət deyil. Əgər hansısa layihəni bitirəcəyinizə əmin deyilsinizsə, ona heç əl vurmayıb başqa zamana saxlayın.
  

Xərçəng - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.

Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.
 

Şir - bu gün heç kimlə ünsiyyətiniz alınmır, xüsusilə də işgüzar danışıqlarda. Sonuncuları təxirə salın: əvəzsiz tərəfdaş kimi qəbul etdiyiniz şəxslərlə də savaşa bilərsiniz. Rəhbərliklə fikir ayrılığı meydana gələcək. Bəzi Şirlər hətta onları daha çox qiymətləndirəcək başqa iş yeri də axtarmaq istəyəcəklər.

Yaxın adamlarınızla isə daha yaxşı dil tapırsınız. Sizi, doğrudan da, sevənlər sizə məhz nəyin lazım olduğunu həmən anlayırlar. Dəyərli hədiyyələr, xoş sürprizlər, qəfil dəvətlər - günün ikinci yarısının sizə töhfəsi bunlardır. Axşama doğru səhhətiniz korlana bilər.
 

Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.

Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.
 

Tərəzi - işlər pis getmir. Ambisiyalı, məqsədyönlü adamlar üçün yaxşı gün sayılmaz. Çünki iş həyatında uğur qazanmaq elə də asan deyil. Əvəzində yaradıcı ideyaların, eyni zamanda çox cürətli planların həyata keçirilməsi üçün münasib vaxtdır. Bu gün daha çox sizə nəsə yeni bir şey öyrədə biləcək insanlarla ünsiyyət qurun.

Yaxınlarınız sizi başa düşməkdə çətinlik çəkirlər, münasibətlərdə gərginlik artır. Ancaq qəmlənməyə dəyməz, açıq söhbət hər şeyi yoluna qoyar. Kimdəsə özünüzə qarşı yaxşı təəssürat yaratmaq istəyirsinizsə, onunla axşama görüş təyin edin.
 

Əqrəb - ehtiyatlı olun, tempinizi azaldın, lap parovozun önündə qaçanlara oxşayırsınız. Təbii ki, bu hal çox təhlükəlidir. Bəzi planlaşdırılmış işləri yarımçıq qoymaq lazım gələcək. Çünki əməkdaşlıq etməyə hazırlaşdığınız şəxslər çatdırmır və gecikirlər. Yaranan boş vaxtı isə özünüzün şəxsi planlarınızın hazırlanması üçün istifadə edin.

Günün ortasında əhvalınız qəfil dəyişə bilər, qalan vaxtlarda isə stabil olacaq. Flirt üçün pis gün deyil. Amma əsl eşq macərasına ümid etməyin.
 

Oxatan - dostları, tərəfdaşları və müttəfiqləri seçərkən ehtiyatlı və diqqətli olun. Bu gün insanların çatışmayan cəhətləri asanlıqla gözünüzdən yayınır. Hətta aşkar olanı görmürsünüz. Bəzi Oxatanlar həyata keçirilməsi mümkün olmayan işləri üzərlərinə götürəcəklər.

Bu gün sadəlövhlüyünüz başınıza bəla aça bilər: etibarınızdan yararlanan düşməniniz sizi çətin bir oyuna salar. Sevdiyiniz şəxsin məsləhətlərinə diqqətlə qulaq asın, məhz o sizi qorumağa çalışır.
 

Oğlaq - neytral gündür. Yalnız gücünüz çatan işlərdən yapışın və yalnız özünüzə güvənin. Sizə kömək etməyə söz verən adamlar hansısa səbəblərdən (istəməyərək və ya qəsdən) vədlərinə xilaf çıxacaqlar. Maliyyə itkiləri gözlənilir.

Enerjiniz çoxdur. Yorğunluğun nə olduğunu bilməyəcəksiniz. Aktiv istirahət, gəzintilər, idman bu gün sizə gərəkli və faydalıdır. Əyləncəli məkanlara da gedə bilərsiniz, daha çox ayaq üstə olacağınız məkanı seçin.
  

Dolça - xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.

Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.
  

Balıqlar - bu yaxınlarda buraxdığınız səhvlərin düzəldilməsi üçün münasib gündür. Canfəşanlıq etmək lazım deyil. Üstəlik, bəzi işlərinizdə köməkçiləriniz və müttəfiqləriniz sizə yardımçı olacaqlar. Gələcək planların müzakirəsini aparın: bu gün əldə etdiyiniz razılaşmalar sizi bir çox qayğıdan qurtaracaq.

Səfərlərə çıxa bilərsiniz. Amma bilet alınması, sənədlərin hazırlanması və s. kimi işləri yaxşı olar ki, başqalarına tapşırasınız.
 

Milli.Az

loading...

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0211

    Sabahiniz gözel olsun Şirin olsun maraqli uqurlu olsun Canlarim !

    Cavab yaz
    • Anonim
      Esmer · 14 May 08:0901

      Seninle bahem .Esracan ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 May 08:2601

        Cann Esmərim canim cox saq ol var ol

        Cavab yaz
        • Anonim
          Nurlana · 14 May 09:1700

          Seninle bahem Esram

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 14 May 09:2500

            Can Nurlanam cox saq ol var ol !

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0321

    Status-Allah qelbime senin abidəni həkk etdi, Amma alnima senin qismetini yazmadi.Qelbim senin, qismetim basqasinin oldu !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0421

    Status-Bezileri deyir sevdiyime qovusdum xosbext oldum , bezileri deyir sevdiyime qovusdum bedbext oldum Hansin basa dusek hmmm:))))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0521

    Status-Sevgi asan unutmak cetin.Qovusmaq Riskli, Unutdurmaq acı.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0621

    Status-Yazilan Tarixe hec vaxt inanma görduyun tarixlere inan.

    Cavab yaz
    • Anonim
      Esmer · 14 May 08:0911

      Likeeee

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 May 08:2601

        Cannnnn..

        Cavab yaz
        • Anonim
          Nurlana · 14 May 09:1800

          Like

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 14 May 09:2500

            CannnnnN

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 00:0711

    Vəəəəəə..........Geceniz xeyre qalsin yuxunuz Bal Esra olsun daaaa şipşirin olsun.......

    Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:0900

    Hamiya Salam

    Cavab yaz
    • Anonim
      Esmer · 14 May 08:1000

      Salam .gözel xanım ...

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 May 09:1800

        Salam Sara can necesen? Cucelerim necedir?

        Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:1000

    Sabahiniz xeyirli ugurlu acilsin dostlarim amin

    Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:1100

    Necəsiniz kankişim və dostlarim ?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 May 08:2701

      Cann Sara ,yaxsiyam cox saq ol sen necesen kefin ehvalin necedi Bəbişim və Mələk necedi ?

      Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:1100

    Deyirki deyirki hercaim ol sevdalim ol

    Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:1200

    Hercai ye baxanlar burdamisiniz? 10 cu bölüm fragmani izlədinizmi?

    Cavab yaz
    • Anonim
      Esmer · 14 May 08:1002

      He men burdayam ))) beli .izledim .bir nece defe ))))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 May 08:3001

        Men baxmiram Hercaiye hec 1 bölümüne de baxmamisam 5 ci günler Paytahta baxiram mamam nenemle Kizim a baxir di 5 ci günler bizderde Sema gil baxir Hercaiye özü de deli kimii

        Cavab yaz
        • Anonim
          Nurlana · 14 May 09:1902

          Mende baxdim. Ay da ne vaxt 5 ci gun olar:)

          Cavab yaz
  • Anonim
    &&& · 14 May 00:1301

    Əsram canim bacim səni çox istəyirəm uşag biraz böyüsün yenə basliyaxam tarixi sual cavaba indi çox vaxt edəmmirəm,öpürəm haminizi hələlik dostlar caniklər

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 May 08:2811

      Cannimsan men de seni cox isteyirem hem deee lappp coxxxxx

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 May 09:2000

        Esmer can sen necesen?

        Cavab yaz
        • Anonim
          Esmer · 14 May 09:4100

          Salam Canım .Nurkam yaxşıyam sen necesen .ureyim o qonşunuz gelinin axırı harda qaldı .tapdılar?

          Cavab yaz
          • Anonim
            Nurlana · 14 May 09:5800

            Yaxci olasan canim,mende yaxciyam sag ol. Onun bashi batsin,tapdilar ikiside deyir biz bir birimizi sevirik:))ayrilmayacagiq:)) oglanin arvadi uje boshanma erizesi verib cixib gedib atasi evine. Yazigligim geldiye ona Allah haqqi

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 May 09:3720

    Canikolarrrr, Can-ciyərlərrr men helelik cixiramm Bir az parka gedirem Əlimde dee kitab ''Aldanmis duyqular'' eseri superdi haaaa Hercaiden de qeseng ölmus birrr hadiseni yazici yazibbb Size Allah qoysa paylasacammm buradaaaa Goruserik canlarim Öpürem seq olun selametlerle qalinnn

    Cavab yaz
    • Anonim
      Esmer · 14 May 09:4621

      Yaxşı yolll gözel xanım ...

      Cavab yaz
      • Anonim
        Nurlana · 14 May 09:5421

        Helelik urek

        Cavab yaz
        • Anonim
          Esmer · 14 May 10:1300

          Kül başlarına oların iksininde ..

          Cavab yaz
  • Anonim
    Zəhra · 14 May 18:3400

    Salam Hamıya! Aytən xanım sizə dünənki səhifədə yazmışam. Vaxt olsa baxarsız

    Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 14 May 20:1200

    Axsaminiz xeyir eziz serhciler necesiz ?Allah tutugunuz Oryclari qebuk etsin

    Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 14 May 20:1300

    Zehra can eleykum salam sagol yaxsiyam Allah razi olsun can .Cox sagolun gozel sozleriniz ucun .Allah sizden razi olsun .İnsAllah sendende sad xeberler gozleyirik unile bagli :)

    Cavab yaz
    • Anonim
      Zəhra · 14 May 22:0500

      Axşamın xeyir gözəl insan. Arzularınçün çox sağolun Aytən xanım. İnşAllah mən də şad xəbərlər verərəm. Hər şey yaxşı olar. !!!! :))). Aa bir şey də deyim inşAllah toyun olsun. Toydan sonra yaddan çıxarma məni aaa. Burada kimin toyu olur yazmır:(((. Sən belə eləmə. Nigaran qoyma gözəl qız❤️

      Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 14 May 23:3000

      Can Zehra xanim hec siz yaddan cixarsiz .İnwAllah can .Siz sagolun gozel bacim Allah yoluvu aciq etsin her zaman .Gecen xeyre gozel bacim

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.