Cəmiyyət

Bakıda yük maşınlarına ciddi qadağa

4 Oktyabr 2018 21:56
0 Şərh     Baxış: 2 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci ilin 30 iyun tarixli qərarından sonra edilib.

Şöbə rəisi xatırladıb ki, qərara əsasən, paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakı şəhərində hərəkəti məhdudlaşdırılıb.

Belə ki, oktyabrın 1-dən mayın 1-dək yük avtomobili sürücüləri səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil ola bilməyəcək.

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.