Azərbaycanda qış turizm mövsümü açıq elan olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbir çərçivəsində media nümayəndələrinə "Şahdağ" Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayının 300 mindən çox olduğunu qeyd edib.
O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.
Son iki ildə "Şahdağ"ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə "Şahdağ"ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də "Mogul" üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
İki günlük tədbir çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub.
Qeyd edək ki, "Şahdağ"da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
XƏBƏR LENTİ
-
IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Məşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Çinin planı nədir?
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
-
4 tondan artıq çətənə kolu məhv edilib
-
Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər
-
İmtahana bir gün qalmış nə etmək lazımdır?
-
Onlar çarəsiz duruma düşüblər
-
Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi
-
Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
-
Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı
-
Türkiyədə zəlzələ oldu
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
-
Bir gündən sonra corablarınızda YAŞAYIR





