Ölkə

Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

18 Dekabr 2025 11:05
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq spiker Rəsul Quliyev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satıb.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, torpaq sahəsi 5 milyon manata alınıb.

Satış əməliyyatı bu ayın əvvəlində baş tutub.

Xatırladaq ki, sözügedən ünvandakı torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Onu da qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır. Onun ailə üzvləri 30 ildən sonra oktyabrın sonlarında Bakıya gəliblər. Bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna sosial şəbəkə hesabında paylaşım edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.