Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 18 dekabr tarixində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri aparılacaq.
Qeyd edilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndləri, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Əlavə edilib ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Milli.Az





