Hadisə

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... - VİDEO

18 Dekabr 2025 10:30
Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib.

Milli.Az xəbər verir ki, Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qayınatası alıb.

Üç övlad anası olan müəllimin ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub. Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.