Azərbaycanda boşanan ər-arvad uşaqdan şantaj vasitəsi kimi istifadə edir. Bunu Trend-ə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Ali Məhkəmənin sədri belə halların çox yayıldığını bildirib və qeyd edib ki, boşanma zamanı ər-arvad öz mənafelərini deyil, uşağın mənafeyini düşünməlidirlər.
"Bizdə ər-arvad boşanarkən öz mənafelərini güdürlər. Uşaqla görüş üçün məhkəmə qətnaməsi olsa da, tərəflər bir-birlərindən qisas almaq üçün uşağı gizlədirlər, 6 ay-1 il ata, yaxud ana ilə görüşə icazə vermirlər. Uşaq şantaj vasitəsi kimi istifadə olunur. Bu, Azərbacanda çox yayılmış problemdir", - Rzayev vurğulayıb.
Ali Məhkəmə sədri bu səbəbdən də məhkəmə qətnaməsini icra etməyən valideynin cinayət məsuliyyətinə cəlb olunmasını vacib sayır.
Onun sözlərinə görə, valideynlər uşaq qarşısında bərəabər hüquq və vəzifələrə malikdirlər və onlar boşanandan sonra bu hüquq və vəzifələr qalır.
Ramiz Rzayev bildirib ki, bu sahədəki problemləri nəzərə alaraq, Ali Məhkəmə boşanmalar zamanı valideynlərin uşaqlarla ünsiyyəti və uşaq tələbilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb.
Ümumiləşdirmə zamanı ata-anası ayrı yaşayan uşaqların valideynləri ilə ünsiyyəti və uşaqların hansı valideynlə yaşaması ilə bağlı məsələlərin məhkəmələr tərəfindən necə həll olunduğu öyrənilib.
Ümumiləşdirmə bütün respublika məhkəmələrinin ötən il ərzində bu məsələlərlə bağlı baxdığı işləri əhatə edib.
Ramiz Rzayev bildirib ki, ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin növbəti plenumunda müzakirəyə çıxarılacaq.
Ali Məhkəmənin sədri boşanmaların sayının azalması məqsədilə bəzi ekspertlərin boşanma prosedurunun mürəkkəbləşdirilməsi ilə bağlı təklifi ilə razılaşmır.
Onun sözlərinə görə, hakim boşanma ilə bağlı işlərə baxarkən mümkün qədər tərəflərin barışmasına çalışmalıdır.
"Tərəflərə barışıq üçün müəyyən müddət verilməlidir, onlarla danışıqlar aparılmalıdır. Təcrübədə belə hallara rast gəlinib və tərəflərlə aparılan danışıqlardan sonra hakim tərəflərin barışmasına nail olub", - Rzayev deyib.
Boşanmaların sayının azalmasına hüquqi və inzibati üsullarla nail olunmasını mümkünsüz sayan Ali Məhkəmə sədri hesab edir ki, bu, daha çox mənəvi məsələdir.
"Artıq çox ailələrdə ailə dəyərləri itib. Ər, yaxud arvad nəsə bir hərəkət edən kimi qarşı tərəf boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edir. Dözümlülük göstərmək lazımdır. Bu hal uşaqlara problem yaradır. Atasız, yaxud anasız uşaq mənəvi cəhətdən natamam qalır, özünü qüsurlu hesab edir", - o bildirib.
Ramiz Rzayev boşanmaların sayının azalması, ailə dəyərlərinin möhkəmlənməsi üçün ailələrdə oğlan və qız uşaqlarının kiçik yaşlarından düzgün tərbiyə olunmasını vacib sayır.
"Kiçik yaşdan ana qızını ev xanımı omağa hazırlamalıdır. Necə ki, qızlarının təhsil almasına önəm verirlər, bu məsələyə də diqqət yetirməlidirlər. Oğlan uşağını da elə tərbiyə etmək lazımdır ki, o, ailə, övlad məsuliyyətini dərk etsin", - Ali Məhkəmə sədri qeyd edib.
Ölkədə qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu ilin 6 ayında 5335, ötən ilin müvafiq dövründə isə 4276 nikahın pozulması faktı qeydə alınıb. Bu il qeydə alınan boşanmaların 19-u, ötən ilin birinci yarısında qeydə alınan boşanmaların isə 41-i əcnəbilərlə olan nikahlardır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ramiz Rzayev: “Uşağa boşanmış valideyni ilə görüşməyə icazə verməyən valideynlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər”
8 Sentyabr 2011 15:59
Baxış: 18 456

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış müğənni Könül Xasıyevanı "pul yağışı"na tutdu - VİDEO
-
Neymarın yeni lüks avtomobili - FOTO
-
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
-
"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
-
Şamaxıda zəlzələ oldu
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?
-
Ukraynanı Rusiya ilə danışıqlarda onlar təmsil edəcək
-
“Bütün cavablar Moskvadadır” - Zelenski
-
Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
-
"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO
-
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
-
Günün qoroskopu: mühüm qərarlar verməkdən çəkinin, əlverişli zaman deyil
-
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
-
Uruqvayda 3 günlük matəm elan edildi
-
Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı
-
Azərbaycana belə təşəkkür etdilər - FOTO