Qul haqqı nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yer üzündəki varlıqların ən mükəmməli insandır. Çünki o, ən gözəl bir şəkildə yaradılmış, ağıl neməti ilə şərəfləndirilmişdir. Başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq insanın ən təbii ehtiyaclarındandır. Yer üzündə əmin-amanlıq içində bir həyat sürmək, Allahın saysız-hesabsız nemətlərindən qanuni çərçivədə faydalanmaq, nəsli davam etdirmək və şəxsi ehtiyacları təmin etmək cəmiyyət halında yaşamağı vacib edir. Cəmiyyət halında yaşamaq isə qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
Milli.Az islam.az-a istinadən bildirir ki, insanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur. Bu haqlar qul haqları adlanır.
Hörmətli möminlər!
İslam dini qul haqqına çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və huquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Bir həqiqət heç bir zaman unudulmamalıdır: Yaxşılıq və pislik olaraq etdiyimiz hər bir şeyin qarşılığını mütləq görəcəyik. Allah-Təala Qurani-Kərimdə belə buyurur: "Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir" (Zilzal, 7-8).
Həzrəti Peyğəmbər (s.ə.s.) qul haqqı ilə bağlı belə buyurmuşdur: "Bir kəsin digərinin heysiyyətinə, yaxud malına təcavüzdən ötrü üzərində bir haqq olarsa qızıl və gümüşün keçməyəcəyi hesab günü gəlməmiş onunla hesablaşsın. Əks təqdirdə, etdiyi haqsızlıq miqdarında yaxşı əməllərindən alınıb haqq sahibinə veriləcək. Yaxşılığı yoxdursa, haqq sahibinin günahından alınıb haqsızılıq edən kimsəyə yüklənəcək" (Buxari, Təcrid, c.7 s.375).
Əziz möminlər!
Belə olan halda həm bir müsəlman qul haqlarına son dərəcə həssas yanaşmalıdır. Bilərəkdən və ya bilməyərəkdən başqalarının haqqını alan kimsə o haqqı ödəmək və halallaşmaq yolu ilə özünü qurtarmağa çalışmalıdır. Haqsızlıq edib haqq sahibinə haqqını verməyənlər axirətdə peşmanlıq yaşayacaq və ağır bir əzaba düçar olacaqlar.
Təsadüfi deyil ki, dünyadakı bir çox pislik, dava-dalaş və cinayətlərin, insanlar arasındakı problemlərin çoxu qul haqqına diqqət etməməkdən meydana gəlir. Elə isə gəlin hər kəsin haqq və hüququna hörmət edək. Qul haqqı ilə Allahın hüzuruna çıxmaqdan çəkinək. Unutmayaq ki, qul haqqını haqq sahibi bağışlamayana qədər Allah bağışlamayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Gündəmi zəbt edən “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - AÇIQLAMA
-
Meteohəssas insanlar üçün riskli gün
-
Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiqlənib
-
Bakının bu ərazisində qazın verilişi DAYANDIRILACAQ
-
İTV-nin baş direktoru o SEÇİLDİ
XƏBƏR LENTİ
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...
-
Babək Niftəliyevə vəzifə verildi
-
Keyn Messi və Ronaldonun uğurunu təkrarladı
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Çağatay haqqında yayılan FOTO saxta çıxdı
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Emil Bədəlovun xanımı və qızları - FOTO
-
Konte "Napoli" ilə yollarını ayırdı
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar - FOTO
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir
-
Yeni klubu Toralı belə təqdim etdi - VİDEO
-
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib
-
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bakıda hava pisləşəcək: yağış yağacaq





