Cəmiyyət

Göbək düşməsi nədir?

10 Fevral 2018 22:50
11 Şərh     Baxış: 1 806

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, ciddiyə alınmalı olan xəstəlikdir. Edilən yanlış müalicələr ciddi və qalıcı problemlərə səbəb ola bilər.

Göbək düşməsinin əlamətləri:

Göbək ətrafında ağrı

Göbəkdə və çevrəsində şişlik, həssaslıq

Halsızlıq, yorğunluq

Qarın nahiyyəsində qaz

Yuxusuzluq

Tənbəllik

Yeməkdən sonra şişkinlik, bulantı, tərləmə

Baş ağrısı

Diqqət əksikliyi

Qarın ağrısı

Qızdırma

Bəs göbək düşməsi nədən olur?

Ən çox bilinən səbəbi ağır əşya qaldırmaqdır. Həmçinin ani hərəkət də göbək düşməsi yarada bilər. Bu hal, qarın içi təzyiqinin müxtəlif səbəblərdən ötrü artması və qarında deşiklərin yaranmasıdır. Bu problemlər ağır iş görənlərdə, kilolu insanlarda meydana çıxa bilər.

Bəs müalicəsi necə aparılır?

İlk zamanlar göbəkdə meydana gələn şişlik itsə də, zamanla göbək çevrəsi genişlənir və şişliklər qalıcı hala gələ bilər. Bəzi vəziyyətdə isə daxildə çürümə gedə bilər. O zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. Müalicəsinə gəldikdə isə bir çox üsullardan istifadə olunur. Bu üsullardan ən çox tətbiq olunanı stəkan çəkmədir. Bu zaman göbək dəliyinə bir miqdar pambıq qoyulur və alışqan ilə yandırılır. Yanan pambığın üzərinə bir su stəkanı göbək dəliyini bağlayacaq şəkildə qoyulur. Stəkanın içərisində yanan pambıq bölgədə qan dövranını artırır və göbəyin yerinə gəlməyini təmin edir.

Həkimlər isə müəyyən dərman müalicələrini daha uyğun hesab edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Tovuzlu E · 10 Fevral 23:0410

    Amma menim nenemgil ferqli edirdiler ele bil Ve bu mualiceni de her kes ede bilmez

    Cavab yaz
    • Anonim
      777 · 11 Fevral 00:4410

      Xaiş edirem yazardiz onun mualicesini

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 11 Fevral 13:2500

        Cox teessuf bilmirem(( Mamamdan sorusdum o da bilmir

        Cavab yaz
  • Anonim
    Aki 2 · 10 Fevral 23:0827

    Uff ne gobeydi adam opmek isdiyir lap

    Cavab yaz
    • Anonim
      Bir kes · 10 Fevral 23:3030

      Vallah hekimler apparatlar olmasa hec nebilmir.

      Cavab yaz
    • Anonim
      H · 10 Fevral 23:4422

      Allah guldursun sizi

      Cavab yaz
  • Anonim
    həkim · 10 Fevral 23:3912

    Xahiş edirəmki, bilmədiyiniz problemləri yazmatasınız! Bu qarın boşlugu orqanlarının yer (mədə və b.) dəyişməsi nəticəsində yaranan potoloiyadır!!!

    Cavab yaz
    • Anonim
      sena · 11 Fevral 00:3210

      Biz terefde buna qarin cekme deyirler ..Adeten uwaqi olmayan gelinner bunu edenden sora uwaqa qalirlar ...bizde buna qarni duwub deyirler))) ara hekimler var elle masaj edib kendir salib qarin bel dartirlar...

      Cavab yaz
      • Anonim
        Bir kes · 11 Fevral 11:0230

        Oxlovla cekirler nese.Parcayla da baglayirlar.Amma tek uwaga gore deyil. Bel gobek ve b.Gobek qorxudan da duwur.Qarabaglilarda gormuwem.

        Cavab yaz
  • Anonim
    SG · 11 Fevral 00:2550

    Məndədə baş verib göbək düşməsi amma day onu stəkanın içinə yanmış panbıqla çəkib gətirməyiblə.Hə birdə maraqlı burasıdı ki, o panbıq yananda yazıq göbək yanmır bəs ?Düşdüyünə peşman olur desənə

    Cavab yaz
  • Anonim
    777 · 11 Fevral 00:4400

    L

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.