Günün qoroskopu: təmkininizi qorumağa çalışın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Cari, rutin işlərə istəmədən çox vaxt sərf edirsiniz. Ancaq yalnız bunları bitirəndən sonra əsas məsələlərə keçmək olar. İşdə eksperimentlər aparmaq məsləhət deyil, yaxşı olar ki, yoxlanılmış metodlardan istifadə edəsiniz. Rəhbərliyin dəstəyinə yalnız axşamtərəfi nail ola bilərsiniz.
Fiziki iş və idmanla məşğul olun. Axşam səbəbsiz həyəcan yaşayacaqsınız. Sakit olmağa çalışın. Energetik içkilərdən uzaq durun.
Buğa - O qədər də çox şey vəd etməsə də, pis gün deyil. Dediyiniz hər sözü ağzınızdan "bişirib" çıxarın: sizi çox diqqətlə dinləyirlər, özü də bunların hamısı sizi çox istədiklərindən belə etmir. Bəzi Buğalar özlərinin keçmiş düşmənlərini dosta çevirə biləcəklər. Sonuncular isə tez bir zamanda öz vəfalarını sübut edəcəklər. Sizə çox vəd verən insanlara inanmayın - çox güman ki, müsahibiniz özü də istəmədən sizi yanıldır.
Asanlıqla aşiq olur, başınızı itirirsiniz, ilk baxışdan məhəbbət bu gün sizi tapa bilər. Artıq öz yarlarını tapanlar isə onların yeni xüsusiyyətlərinə təəccüblənib heyran olacaqlar.
Əkizlər - İşdə uğurlar qazana bilərsiniz, yeni, mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gəlirsiniz. İstənilən şəraitdə nikbinliyinizi və öz gücünüzə inamı qoruyub saxlayırsınız. Bu, ətrafınızdakılarda xoş təəssürat yaradır, sizə nüfuzlu insanların rəğbətini qazandırır.
Tanışlıqların sayı çox olmasa da, həyatınızda vacib rol oynayacaq maraqlı bir insanla rastlaşa bilərsiniz. Ailəli Əkizlər həyat yoldaşları ilə münasibətlərini möhkəmlədə, mübahisələrə son qoya bilərlər.
Xərçəng - Əvvəlcədən təyin etdiyiniz məqsədlərinizə doğru gedin, yolunuzdan sapdırmağa çalışanlara isə imkan verməyin. Sizi şirnikləndirmək istəyənlər çox olacaq, amma özünüzdə güc tapıb bunlara etiraz edə bilərsiniz. Yeni tərəfdaşlarınızla əməkdaşlığınız qarşınızda yeni perspektivlər açacaq.
Yaxınlarınızla münasibətləriniz gərgindir: uzun müddət üzərindən sükutla keçdiyiniz məsələləri müzakirə etməyin vaxtı gəlib. Xırdaca da olsa, hansısa bir risklə bağlı şəraitlərdən qaçın: ehtiyatsızlığınız ucbatından ziyan çəkə bilərsiniz.
Şir - Yeni tanışlar tapmaq, faydalı əlaqələr qurmaq zamanıdır. Bu gün "ixtira maşınınız" əla işləyir, odur ki, həm özünüzün, həm başqalarının problemlərinin orijinal həll yollarını tapırsınız. Daşınmaz əmlak, o cümlədən xaricdə yerləşən mülklə bağlı məsələləri həll etmək olar.
Bir çox Şirlər bu gün özləri üçün yeni bir sahədə qüvvələrini sınayacaqlar və əldə etdikləri nəticə onları yaxşı mənada təəccübləndirəcək. Digərləri isə əla istedadlarını kəşf edəcək və dərhal bunlardan yararlanmağa çalışacaqlar.
Qız - Boyunuzdan yuxarı tullanmağa çalışmayın: qarşınıza elə məqsədlər qoyun ki, onları həll edə biləsiniz. Faydalı işlərlə məşğul olmağa çalışın. Riskdən qaçın, təhriklərə uymayın. Məhz ehtiyat və diqqət bir çox səhvlərdən və düşünülməmiş hərəkətlərdən sizi qoruyar.
Qadınlarla ünsiyyət çox faydalı olacaq - sizə gərək olan köməyi məhz onlar göstərəcəklər. Maliyyə işlərinizi qaydaya salmağa çalışın. Borc almaq, şübhəli laiyhələrə pul yatırmaq məsləhət deyil.
Tərəzi - Eksperiment aparmayın, yoxlanmamış metodlardan istifadə etməyin. Sağlam mühafizəkarlıq, ehtiyat, ənənələrə sadiqlik uğurunuz üçün şərait yaradacaq. Başqalarını hövsələdən çıxaran çətin məqamlarda siz təmkininizi qoruyursunuz.
Sənədləşdirmə işlərində, icazələrin, lisenziya və subsidiyaların alınmasında heç bir problem yaranmayacaq. Dövlət orqanlarının nümayəndələrilə ünsiyyət məhz sizə lazım olan tərzdə keçəcək və sizə lazım olan nəticəni verəcək. Əhvalınız yaxşı olacaq.
Əqrəb - İdeyalarınızın reallaşdırılması üçün dəstəyə ehtiyacınız olduğunu anlayırsınız, ancaq onu, təəssüf ki, lazım olmayan yerdə arayırsınız. Təmaslarda ehtiyatlı olmağınız vacibdir: ləyaqətsiz birinə inanaraq ciddi səhv edə bilərsiniz. Eksperimentlərdən çəkinin. Maliyyə fırıldaqlarında qətiyyən iştirak etməyin.
Ailədə xoş bir hadisə yaşayacağınız çox mümkündür. Qohumlarınızdan ürəkaçan xəbərlər ala bilərsiniz. Bəzi Əqrəblər gözlənilmədən səfərə hazırlaşacaqlar, o isə əla keçəcək.
Oxatan - İşgüzar təmaslar üçün uğurlu gündür. Bu gün əvvəllər sizə qarşı olan insanların rəğbətini qazana bilərsiniz. İntuisiyanız çox güclüdür, onun sayəsində işbirliyində olduğunuz adamların əsl maraq və məqsədlərini anlayırsınız. Xarici şirkətlərdən əməkdaşlıq təklifi ala bilərsiniz.
Günün birinci yarısı bağladığınız sövdələr gəlir gətirəcək. Sonra isə maliyyə vəziyyəti dəyişəcək, özü də heç xoş olmayan tərzdə. Axşam planlaşdırılmamış alış-verişə çıxmayın.
Oğlaq - Nə baş verirsə-versin, təmkininizi qorumağa çalışın. Düzdür, şərait siz istəyən kimi deyil, amma istənilən situasiyadan çıxış yolu, özü də ən uğurlusunu, tapa biləcəksiniz. Sizə yaxşı tanımadığınız insanlar dəstək olacaqlar. Gözləmədiyiniz mənbədən pul ala bilərsiniz.
Romantik münasibətlər sizin üçün qeyri-adi məcrada inkişaf edir. Şəraitə nəzarəti ələ almağa çalışmayın - taleyinizə inanın, sizi yeni və xoş kəşflər gözləyir. Bu gün bağlanan nikahlar çox uğurlu olacaq.
Dolça - Cəsarətli plan və orijinal ideyalarınız var? Əgər varsa, sevinin: onların reallaşdırılması üçün əla vaxt gəlib yetişdi. Nə qədər qətiyyətli olsanız, uğur qazanmağınız bir o qədər realdır. Dərhal olmasa da, nüfuzlu insanların dəstəyinizi alacaqsınız, onlar sizin istedad və işgüzar keyfiyyətlərinizi düzgün qiymətləndirəcəklər.
Qohumlarla ünsiyyət, əmlak və maliyyə mübahisələrinin aradan qaldırılması üçün əlverişli gündür. Gözləmədiyiniz mənbədən pul ala bilərsiniz. Romantik münasibətlərə başlamaq olar.
Balıqlar - Xeyli gözlənilməzlik yaşayacaq, hərdən yaranmış situasiyadan necə baş tapmağı bilməyəcəksiniz. Sizə məsləhət verən çoxdur, amma yaxşı olar ki, öz intuisiyanıza qulaq asasınız. Rəhbərliklə aranızda fikir ayrılığı yarana bilər, çalışın, bunları tezliklə aradan qaldırasınız.
Telefon danışıqları bu gün çox vaxt alacaq, özü də bunların heç də hamısı xoş olmayacaq. Uzaqlardan sizi narahat edəcək xəbərlər ala bilərsiniz. Yaxınlarınız çətin məqamlarda köməyinizə gələcək, sizi ruhlandırmağa çalışacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı





