Cəmiyyət

Stressə qarşı 5 bitki

14 Mart 2017 23:10
1 Şərh     Baxış: 1 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Stresslə mübarizə aparan bir çox üsul var. Bunlardan ən əhəmiyyətlisi təbii həyatın içərisində olmaqdır. Yalnız açıq havada gəzmək, torpağa toxunmaq ya da idman etmək belə, içində olduğunuz psixoloji vəziyyəti dəyişdirir. Xüsusilə təbiətlə təmasda olmaq, qayğı, depressiya və stress müalicələrində tez-tez istifadə edilən bir müalicə üsuludur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə qəbul etdiyimiz qidalar da əhəmiyyət kəsb edir. İndi isə, gəlin stressə qarşı faydalı olan 5 qida ilə tanış olaq:
1. Pomidor:
Tərkibində olan likopen maddəsi, depressiyaya qarşı olduqca faydalıdır.
2.Kəklikotu:
Tərkibində olan kafeinin turşusu, quersitin və rosmarinik, yorğunluq və qayğı ilə mübarizə aparır.
3. Günəbaxan:
Günəbaxan amin turşusu ehtiva edən mükəmməl bir qaynaqdır. Depressiyala mübarizə edir.
4. Çobanyastığı:
Yatmadan əvvəl içəcəyiniz bir fincan çobanyastığı çayı, yuxuya getməyinizə kömək edir. Kəklikotu kimi kafein turşusu, quersitin baxımından zəngindir.
5.Lavanda:
Bitkilər yalnız şəfa qaynağı deyil. Xüsusilə aroma müalicəsində tez-tez istifadə edilən lavandanın qoxusu rahatlaşdırıcı bir təsirə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.