Damar mənfəzinin qan və ya limfa vasitəsilə gətirilən qeyri-adi hissəciklərlə (embollarla) tutlması emboliya adlanır. Damarın tutulmasına səbəb olan embolların bütün növlərini 2 qrupa bölmək olar:
1. Endigen mənşəli embollar (tromb, piy, toxuma və hüceyrə, dölyanı su emboliyası)
2. Ekzogen mənşəli embollar (hava, qaz, bərk konsistensiyalı yad maddələr, bakteriya və parazit emboliyaları).
Milli.Az immunitet.az-a istinadən bildirir ki, emboliyanın ən çox rast gəlinən növü tromboemboliyadır. O trombun damar divarından qopması nəticəsində əmələ gəlir. Tromb emboliyalarının ölçüləri müxtəlif olur. Adətən tromb embolları damar mənfəzinin müəyyən bir nahiyyəsini tutduqdan sonra onların üzərinə yeni tromb kütlələri toplanır. Bəzən xəstələrdə qısa fasilələrlə bir-neçə dəfə tromboemboliya yaranır.
Tromboemboliyaya ən çox aşağıdakı şəxslərdə baş verir:
- ürək-damar çatışmazlığı xəstələrində
- ağır cərrahi müdaxiləyə məruz qalmış şəxslərdə
- qanın laxtalanma sistemində patologiyalar olduqda.
Bəzi hallarda embollar öz ağırlıq dərəcəsindən asılı olaraq ona təsir edən qüvvələrin təsirindən qan cərəyanının əksinə hərəkət edir.
Ürəkdə qulaqcıqarası və ya mədəciklərarası çəpərlər qüsurlu olduqda böyük qan dövranı venaları ilə hərəkət edən embol ürəyin sağ hissəsindən sol hissəyə keçib aoreta vasitəsilə arterial sistemə keçir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Emboliya nədir?
6 Oktyabr 2016 23:55
2 Şərh
Baxış: 16 925

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış müğənni Könül Xasıyevanı "pul yağışı"na tutdu - VİDEO
-
Neymarın yeni lüks avtomobili - FOTO
-
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
-
"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
-
Şamaxıda zəlzələ oldu
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?
-
Ukraynanı Rusiya ilə danışıqlarda onlar təmsil edəcək
-
“Bütün cavablar Moskvadadır” - Zelenski
-
Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
-
"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO
-
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
-
Günün qoroskopu: mühüm qərarlar verməkdən çəkinin, əlverişli zaman deyil
-
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
-
Uruqvayda 3 günlük matəm elan edildi
-
Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı
-
Azərbaycana belə təşəkkür etdilər - FOTO