Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan hökuməti İİV-ə yoluxmuş şəxslərin müayinə və müalicəsi ilə bağlı qərar qəbul edib
29 Aprel 2011 11:59
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası" , "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı" , "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi" , "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası" , "İnsanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası" təsdiq edilib.
"İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası"nda qeyd olunur ki, şəxsin İİV-ə yoluxma faktı təsdiq edildikdə, həmin şəxsə tibb personalı tərəfindən virusun ötürülmə yolları (o cümlədən, cinsi əlaqə vasitəsilə) haqqında məlumatlar verilir. Bundan əlavə, infeksiyanın yayılmasının qarşısının alınması qaydalarına riayət etmək tapşırılır və yoluxma təhlükəsi yaratmağa və ya qəsdən başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşımaları haqqında xəbərdarlıq edilir. Xəstəyə qoruyucu vasitələrin istifadəsinin əhəmiyyəti başa salınır və onların istifadəsinin vacibliyi izah olunur.
İİV-lə yaşayan şəxsləri qoruyucu vasitələrlə (prezervativlərlə) onlara ərazi üzrə xidmət göstərən İİV/QİÇS-lə mübarizə xidməti müəssisələri (Respublika QİÇS-lə Mübarizə Mərkəzi, regional mərkəzlər) və ambulator-poliklinika şəbəkəsinin infeksion xəstəliklər kabinetləri təmin edir.
İİV-li xəstənin qoruyucu vasitələrə olan fizioloji tələbatı müalicə və müşahidə aparan həkim tərəfindən fərdi qaydada müəyyənləşdirilir, onun miqdarı, təchizat dövrü (adətən aylıq) təyin edilir.
İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə təminatı pulsuz qaydada həyata keçirilir.
İİV daşıyıcısı olan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr aşağıdakılardır:
Yüksək, yaxud aşağı temperatur və təzyiq altında (isti, soyuq, kesson və yüksəklik şəraitli iş yerləri), vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan peşə və vəzifələr; kimya sənayesi sexlərində (laklar, boyalar, plastmas, dəri istehsalı, neft-qaz-kimya prosesləri, sement, toz istehsalı və s.), kimya-əczaçılıq (dərman preparatları), kimya-biologiya (vaksinlər, zərdablar, bioaktiv tədqiqat və müalicə materialları) müəssisələrində bilavasitə kimyəvi amillərin orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr; sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində (kömür, neft, qaz, filiz), sənaye (turşular, reaktivlər, polimerlər istehsalı və s.) müəssisələrində aerozolların və digər maddələrin bilavasitə orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr; fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr; tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün peşə və vəzifələr.
Hökumətin qərarı ilə İİV-lə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi də müəyyən edilib.
"İİV infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası"na görə, yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə inyeksion narkotik istifadəçiləri steril şpris, iynə və digər ləvazimatlarla təmin edilməli, opiod asılılığı olan narkotik istifadəçiləri əvəzedici terapiyaya cəlb edilməlidirlər.
Həmçinin İİV-ə yoluxmuş şəxslərə İİV-in cinsi yolla ötürülməsinin profilaktikası məqsədilə qoruyucu vasitələr paylanmalı, İİV-li şəxslər antiretrovirus terapiyasına cəlb olunmalı, ikincili xəstəliklərin (A və B hepatitləri) müayinəsi aparılmalı, onlara qarşı peyvənd olunmalı və müalicəsi (vərəm, B, C hepatitləri) aparılmalıdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
XƏBƏR LENTİ
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"