Cəmiyyət

Günün qoroskopu

10 Aprel 2011 05:00
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

10 aprel, bazar, VIII Ay günü, Günəş - Qoçda, Ay - Xərçəngdə, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Gücünüz azdır, özünüzü xəstələnməkdən gözləyin. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmağiniz üçün şanslarınız çoxdur. Maliyyə durumunuzun problemlərini uğurla həll edəcəksiniz.

Buğa -  Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxın adamların yardımı ilə yaxşılığa doğru irəliləyiş var.

Əkizlər - Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalrınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın.

Xərçəng - Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü  güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.

Şir -  Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Maddi  problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.

Qız - Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən şikayətiniz olmalyacaq.

Tərəzi - Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemlərini sizin üçün çətin həll olunanlardan deyildır.

Əqrəb - Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin gözlədiyiniz bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatıratı yaddan çıxarın.

Oxatan - Yaxın adamların yardımı ilə imkanlarınız baxımından böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlrin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Oğlaq - Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiniz. Ünsiyyətlərinizdə qayğıkeş olun ki, istədiyinizi alasınız.  

Dolça -  Əhval-ruhiyyənizdə sıxıntı, səhhətinizdə zəiflik olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslsrınızı gerçəkləşdirin.

Balıqlar -  Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Maddi işləriniz istədiyiniz qədər yaxşı  alınmır. Ünsiyyətlərinizdəki qarişiliqlı anlaşma  yaranıb.Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.