Günün qoroskopu
10 Aprel 2011 05:00
Göylərin mənzərəsi
10 aprel, bazar, VIII Ay günü, Günəş - Qoçda, Ay - Xərçəngdə, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Gücünüz azdır, özünüzü xəstələnməkdən gözləyin. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmağiniz üçün şanslarınız çoxdur. Maliyyə durumunuzun problemlərini uğurla həll edəcəksiniz.
Buğa - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxın adamların yardımı ilə yaxşılığa doğru irəliləyiş var.
Əkizlər - Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalrınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın.
Xərçəng - Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Şir - Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Maddi problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.
Qız - Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən şikayətiniz olmalyacaq.
Tərəzi - Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemlərini sizin üçün çətin həll olunanlardan deyildır.
Əqrəb - Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmətin gözlədiyiniz bəhrəsini görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatıratı yaddan çıxarın.
Oxatan - Yaxın adamların yardımı ilə imkanlarınız baxımından böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlrin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Oğlaq - Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiniz. Ünsiyyətlərinizdə qayğıkeş olun ki, istədiyinizi alasınız.
Dolça - Əhval-ruhiyyənizdə sıxıntı, səhhətinizdə zəiflik olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslsrınızı gerçəkləşdirin.
Balıqlar - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Maddi işləriniz istədiyiniz qədər yaxşı alınmır. Ünsiyyətlərinizdəki qarişiliqlı anlaşma yaranıb.Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərlidir.
Milli.Az