Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Qala” layihəsi davam etdirilir - FOTO
8 Aprel 2011 13:39
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təmiz Şəhər" ASC-dən Milli.Az xəbər portalına daxil olan məlumata görə, 2010-cu ildə icrasına başlanmış layihənin məqsədi Qala qəsəbəsi ərazisində tullantılarının yığılması, daşınması və utilizasiyası proseslərini müasir standartlara uyğun təşkil etməkdir. Layihə çərçivəsində Qala ərazisində tullantıların daşınması üzrə marşrutlar müəyyən edilib, müntəzəm yığım və daşınma işi təşkil olunub, tullantıların toplanması üçün 60-dan çox tullantı meydançası qurulub. Daha 30 meydançanın qurulması planlaşdırılır. Tullantı konteynerləri sanitar və gigiyenik normalara uyğun olaraq mütəmadi təmizlənir. Hazırda tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədilə qəsəbədə tullantıların üzvi və qeyri-üzvi növləri üzrə evlərdə çeşidlənməsi sistemi tətbiq edilir. Bununla əlaqədar tullantı meydançaları izahedici stendlər və 2 müxtəlif rəngli konteynerlərlə təchiz edilib.
Layihənin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat proqramı həyata keçirilir. Bu proqramın məqsədi Qala sakinlərini tullantıların çeşidlənməsi və təkrar emalı, təbii sərvət və enerjiyə qənaət, ictimaiyyətin məişət tullantıları ilə düzgün rəftar qaydaları haqqında məlumatlandırılması və ekoloji biliklərin artırılmasıdır. Maarifləndirmə tədbirləri çərçivəsində bu günədək Qala qəsəbəsindəki uşaq bağçalarında kiçik yaşlı uşaqlarla çoxsaylı görüşlər təşkil edilib, onlarla maarifləndirici söhbətlər aparılıb, müxtəlif ekoloji yarışlar və oyunlar təşkil olunub. Bundan başqa, qəsəbənin məktəblərində şagirdlərlə ekoloji maarifləndirici mövzularda açıq dərslər keçirilib. Yaxın günlərdə isə Qala qəsəbəsində məktəblilərlə iməciliyin və ekoloji-maarifləndirici oyunların təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, məktəblilərlə ilk iməcilik ötən ilin sentyabr ayında təşkil edilib. Orta məktəb və uşaq bağçalarında görüşlərin mütəmadi olaraq davam etdirilməsi də nəzərdə tutulur.
"Təmiz Şəhər" ASC-nin təşkil etdiyi təşviqat proqramı Qala əhalisinin bütün yaş təbəqələrini əhatə edir. Belə ki, qəsəbə sakinləri ilə evlərdə maarifləndirmə xarakterli görüşlər keçirilir, əhaliyə ekoloji mövzularda müxtəlif izahedici və təşviqat materialları paylanır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya Çempionatını buraxacaq
-
Qeyri-sabit hava otun qiymətini bahalaşdıra bilər
-
7-ci sinif şagirdi dünyasını dəyişdi
-
İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
-
Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI