Cəmiyyət

Məktəblərdə tətil günləri AÇIQLANDI

4 Noyabr 2015 16:57
13 Şərh     Baxış: 14 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaz tətili, əsasən, Novruz bayramı ilə üst-üstə düşür. Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.

Qeyd edək ki, bu tədris ilindən etibarən məktəblər mayın 31-də deyil, iyunun 14-də bağlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.