Bakıda hamilə qadını kim diləndirir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onu ilk dəfə bir neçə gün əvvəl "20 Yanvar" metrostansiyasının qarşısındakı yeraltı keçiddə gördüm. Təxminən 23-25 yaşlı hamilə qadın başını aşağı salaraq pilləkəndə səssiz-səmirsiz dayanmışdı. İlk baxışdan elə təəssürat yaranır ki, kimisə gözləyir. Lakin gözlərini uzun müddət yerə dikməsi, başını qaldırıb heç kimə baxmaması, üstəlik, qollarını sinəsində çarpazlayaraq ovcunu açıq qoyması onun ətrafdan ötən insanlardan kömək istədiyini göstərirdi.
Davranışı, zahiri görkəmi ilə seçilən bu qadın başqalarından fərqli olaraq heç kimin qarşısını kəsmir, yalvararaq insanları bezdirmir, bəzən fikrə gedir, pilləkənlərdə səssiz-səmirsiz dayanaraq beləcə insanlardan yardım umur.
Onu bu günlərdə növbəti dəfə "Nərimanov" metrostansiyasının çıxışında gördüm. Həmin qiyafədə, həmin davranışla... Ənənəsinə sadiq qalaraq yenə gözlərini yerə dikərək dayanmışdı. Polis onu burada çox dayanmağa qoymadı. Qadından keçidi tərk etməyi tələb etdi.
Onunla növbəti dəfə "Əhmədli" metrostansiyasının keçidində qarşılaşdım. Heç kimin zəhləsini tökməyən bu hamilə qadının nə üçün dilənməsi marağımıza səbəb oldu.
Yaxınlaşıb söhbət etdik.
Gözlərini yerdən ayırmadan özü barəsində danışdı. Amma qısaca, özü də vəziyyətindən sıxıla-sıxıla... Məlum oldu ki, respublikamızın qərb rayonlarından birində çox kasıb bir ailədə doğulub. Maddi sıxıntılar onu uşaqlıqdan təqib edib. Ailə qurduqdan sonra da problemlər qadını tərk etməyib.
Həmsöhbətim Leyla dedi ki, bir neçə il əvvəl ərə gedib. Ailə həyatı yeni maddi sıxıntılara yol açıb: "Həyat yoldaşım yeni tikilən binalarda fəhlə işləyir. Maaşı azdır deyə dolana bilmirik. Çox imkansızıq, maddi köməyə ehtiyacımız var. Əlacım olmadığından burada dayanmışam".
Özü barəsində utana-utana danışan qadın maddi ehtiyac üzündən metro stansiyalarının qarşısına üz tutduğunu dedi: "Buralara yalnız hərdənbir gəlirəm. Neyləyim? Ehtiyacım var".
Həyat yoldaşı yaşadıqları rayonda iş tapa bilmədiyindən paytaxta üz tutublar: "Bakıya rayondan köçüb gəlmişik. Biləcəridə kirayə ev tutmuşuq. Kirayə pulunu çətinliklə ödəyirik. Təəssüf ki, özüm işləyə bilmirəm".
Ehtiyac üzündən qarşılaşdığı durum və özü barəsində çox az danışan hamilə qadını biz də çox sorğu-suala tutmadıq. Maddi sıxıntılar məngənəsində sıxılan, hüquqlarını bilməyən, tezliklə ana olacaq bu qadın son ümidi xeyirxah insanlara əl açmaqda görüb. Biz də ondan xeyirxahlığımızı əsirgəməyək.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bir imza sizi zərərə sala bilər: Qaraj alışı ilə bağlı xəbərdarlıq
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır?
-
Sabah imtahan var
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Əhməd Rəcəblidə hərəkət qismən məhdudlaşdırılacaq
-
İyunun 24-ü axşamdan hava dəyişir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Vətəndaşları şantaj edən daha bir şəxs həbs edildi
-
Bir imza sizi zərərə sala bilər: Qaraj alışı ilə bağlı xəbərdarlıq
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır?
-
Sabah imtahan var
-
Gəncədə ağır qəza: 22 yaşlı moped sürücüsü həyatını itirdi
-
Mirabbas Xuduzadə saxlanıldı
-
Mundialın ən gərgin turu: 6 oyunla start verilir
-
Mask artıq trilyonçu deyil
-
60 günlük geri sayım: ABŞ-İran sazişinin görünməyən riskləri
-
Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş
-
Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib - (Foto)
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Balın xarlaması onun saxta olması demək deyilmiş
-
Pəncərələri bu saatlarda silməyin: İz buraxmayan təmizlik üçün məsləhətlər
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)





