Bakı metrosunda faciə: intihar edənin kimliyi bilindi - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:32
Bakının "28 May" metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir.
Hazırda fakt üzrə araşdırma aparılır.
13:20
Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.
Sərnişinlərin Trend-ə verdiyi məlumata görə, "Memar Əcəmi" stansiyasından "Dərnəgül" və "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarlar 20 dəqiqədir ki, dayanıb. Sərnişinlərin sözlərinə görə, Metropoliten işçiləri qatarların hərəkətinin dayanması ilə bağlı heç bir məlumat vermir.
"Bakı Metropoliteni" QSC-dən Trend-ə faktı təsdiqləyiblər və qeyd ediblər ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında "Azadlıq" stansiyasında olarkən nasazlıq yaranıb.
QSC-dən bildirilib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib. Bir qatar xətdən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib.
Bu dəqiqələrdə isə "28 May" stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, artıq qatarların hər iki istiqamətdə hərəkəti bərpa olunub. İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.
12:42
Milli.Az-ın hadisə yerində olan əməkdaşına Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi açıqlamaya görə, hadisə "İçərişəhər"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "28 May" stansiyasına daxil olarkən baş verib.
Hazırda metro qatarları "28 May" stansiyasında dayanmır. Stansiyaya giriş bağlanıb.

12:38
Milli.Az bildirir ki, ilkin məlumatlara görə, qatarın altında düşərək həlak olan şəxs 23-25 yaşlı gənc oğlandır. Onun yanındakı qızla mübahisədən sonra aşağı atıldığı iddia olunur.
12:32
Milli.Az bildirir ki, cəsəd qatarın altındadır. Həmin istiqamətdə hərəkət dayandırılıb. Gənc oğlan stansiyanın platformasından aşağı, relslərə yıxılıb düşdüyü vurğulanır.
12:28
Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, sərnişin həlak olub.
Milli.Az
---------
12:42
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)





