Cəmiyyət

Dilqəm Əsgərovun vəziyyəti pisləşib

24 Yanvar 2015 17:05
1 Şərh     Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcərli girov üçün Gürcüstandan həkim çağırılıb

Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

ANS TV-nin məlumatına görə, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb.

Məktubda yazılana görə, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışmışdı. O, Ermənistanla əlaqə saxlayıb bu məsələni müzakirə edəcəklərini söyləmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.