Cəmiyyət

Avropa Oyunları vaxtı Bakıya avtomobil buraxılmayacaq?

24 Yanvar 2015 13:15
0 Şərh     Baxış: 2 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bir neçə aydan sonra Bakıda keçiriləcək Avropa Oyunlarına görə müxtəlif tədbirlər görülə bilər. Həmin tədbirlərdən biri, insanları daha da maraqlandıran, narahat edən, paytaxta avtomobillərin xüsusi icazə ilə daxil olmasıdır. Məlumata görə, Avropa Oyunları vaxtı stadion tərəfdən avtomobilnən keçməyə görə buraxılış vərəqəsi almaq lazımdı. Milli.Az-a müraciət edən oxucular artıq indidən həmin vaxta hazırlaşırlar. Maraqlanırlar ki, buraxılışı haradan və necə almaq mümkündür.

Bakı Şəhər Yol Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Avropa Oyunları vaxtı Bakıya avtomobilərin xüsusi buraxılışla daxil olması məsələsi hələ tam təsdiq olunmayıb. Onun necə və hansı formada olması dəqiq müəyyən deyil. Bildirildi ki, həmin tədbirlə bağlı ola bilsin ki, orta məktəblərdən şagirdlər tez buraxılsın, hüquqi və fiziki şəxslərin fəaliyyətində məhdudiyyətlər tətbiq olunsun. Amma bunlar təsdiq olunmuş plan əsasında olmalıdır. Belə bir sənəd isə hələ polisə təqdim olunmayıb.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.