"Leyla Yunus arıqlamaqda davam edir. Çox zəifləyib. Bu da şəkərli diabetin nəticəsidir. Dərman qəbul etməyinə baxmayaraq böyrəklərindəki problemlər və hepatit C-nin fəsadları da ona əziyyət verir. İndi onun çəkisi cəmi 48 kilodur. Həbsdən qabaq isə 62 kilo idi.
Deyə bilərlər ki, türmə kurort deyil. Bəli, elədir, amma türmə ölüm düşərgəsi də deyil. Leyla Yunus heç bir müalicə almır. Almaniya səfirliyindən göndərilən dərmanları ona, sadəcə olaraq, vermirlər. Yerli həkimlərin müayinəsinə gəlincə isə Leyla Yunus onlara inanmır".
Belə bir açıqlama ilə Leyla Yunusun vəkili Əlaif Həsənov çıxış etmişdi. Onun bu sözləri isə sual yaratmışdı: L.Yunusun səhhəti doğrudanmı bu qədər ağırdır? Axı Almaniyanın dünyaca məşhur "Şarite" klinikasının aparıcı həkimləri cəmi bir neçə həftə əvvəl L.Yunusu müayinə etmiş və "Leyla Yunus tamamailə sağlamdır" deyə bəyanat vermişdilər...
Ə.Həsənovla müvəkkili isə ürək ağrısı ilə tamam başqa şeylər danışırlar. Yaxşı, tutaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin həkimləri yalan danışır və saxta epikrizlər tərtib edir. Bəs almanlar? Onlar da yalan danışır? L.Yunus və vəkili hüquq müdafiəçisinin tam sağlam olduğunu deyən alman həkim Kristian Vittin sözlərini niyə belə tez unudub?
Maraqlıdır k, L.Yunusun səhhəti ilə bağlı manipulyasiyalar bitməmiş onun indi də aclıq çəkməsi, arıqlaması söhbətini ortaya atıblar. L.Yunus və vəkili bu dəfə də yalan danışmır ki?
Virtualaz.org saytı bu suala cavab tapmaq üçün Penitensiar Xidmətin mətbuat xidmətinə müraciət edərək L.Yunusun aclıq çəkməsi barədə deyilənlərə aydınlıq gətirilməsini xahiş edib. Ədliyyə Nazirliyinin əməkdaşları isə suala sözlə yox, fotofaktla cavab verdilər.
Həmin fotoşəkildə Leyla Yunusun hər həftə aldığı sovqat bağlamasının içindəki ərzaq əks olunur. "Aclıq çəkən xəstə məhbus"un gündəlik qida rasionu çox maraqlıdır.
Fotoşəklə əsasən, yalnız bunu söyləmək olar: şəkərli diabet xəstəliyinin bütün tarixi boyunca, bəlkə də, ilk belə haldır ki, bu xəstəlikdən əziyyət çəkən şəxs Bakı paxlavası, lavaş, cürbəcür kalorili şirniyyatlar yeyir. Bağlamada bu şirniyyatlardan başqa, üstəlik hələ mürəbbələr, yoğurt, banan, meyvə şirələri də var. Bunları nuşcanlıqla yeyən, üstündən də oturub nərd atan adam da heç arıqlayarmı?
Təbabətdən səthi anlayışı olanlar da bilir ki, diabet xəstəsi belə qidalardan mütləq uzaq durmalıdır, yoxsa fəsadı ağır olar, hətta ölüm təhlükəsi yaradar. Əgər Leyla Yunus, doğrudan da, diabet xəstəsidirsə, onda bu cür qorxulu ərzaqlar onun nəyinə lazımdır, onları niyə qəbul edir? Özü də hər həftə! Necə deyərlər, bu, nə pəhriz, o, nə cücə-plov?!
Çox maraqlıdır, bütün bunlardan sonra L.Yunus və vəkili yenə də yalan danışmaqda davam edəcəklərmi?
Milli.Az
Böyütmək üçün şəkilə kilkləyin.
Cəmiyyət
Bu da "xəstə" Leyla Yunusun "pəhriz" yeməyi - FOTO
24 Yanvar 2015 11:41
Baxış: 2 047
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın
- Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - VİDEO
- Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
- Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
- Tarqovuda qəribə görüntü: ərəb turist... - VİDEO
- Günün qoroskopu: Həddən artıq iş görməyə çalışmayın
XƏBƏR LENTİ
- "YouTube"da ən populyar bloqer məlum oldu
- "Bürc-Xəlifə"nin memarından heyrətamiz ideya
- İlk baxışdan sevgini ehtirasdan ayıran ƏLAMƏTLƏR
- Elvindən xanımına QADAĞA
- "Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzalayıb
- Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO
- Badımcan bu xəstəliklərin dərmanı imiş
- “Haber Global” “SOCAR”ın İstanbuldakı ofisinə hücum edənlərin əsl hədəfini açıqladı - VİDEO
- “Qarabağ”a kubok təqdim olunub - FOTOlar
- Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
- Portuqaliyada aviaşouda təyyarələr toqquşub - VİDEO
- Azərbaycanda toyda qan töküldü
- Günün qoroskopu: Çoxsaylı maraqları və faydalı ideyaları olan insanlarla ünsiyyət saxlayın
- Millimizdə ciddi itki - FOTO
- Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: "Cəmiyyət üçün çətin olacaq"
- Gürcüstan məhbusların sayına görə ilkə imza atdı
- Kanslerin Brejnevə hədiyyə etdiyi "Mersedes" satışa çıxarıldı
- 93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi
- Bavariyada daşqın səbəbiylə təxminən 3 min insan təxliyə edilib
- Müğənnini səhnədə yarasa dişlədi
- İstanbulda SOCAR-a qarşı təxribatın arxasında kimlər durur?
- 4 medalla 2-ci yer
- Qanda şəkərə nəzarət edən içki hazırlandı
- Qurban Qurbanov: Qarşımızda istəkli və dinamik rəqib var idi