"Bakcell" işlətmək sərfəlidirmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Operatorlar daha çox pul qazanmağa kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə ünvanlanıb, nəinki texniki yeniliklərə.Ölkədə fəaliyyət göstərən mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib
Hazırda ölkədəki mobil operatorların - "Azercell", "Bakcell" , "Nar Mobile" - hər birinin özünün bazar siyasəti, funksiyası var. Məsələn, birinci açıq şəkildə bahalı tarif siyasəti yeridir. "Bakcell" isə aşağı qiymətlərlə, şirnikləndirici xidmətlələrlə abunəçilərin cibinə girir. Yəni mobil operatorun mənfəət götürmək siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından çox-çox uzaq. "Nar Mobile" gəlincə, "iki köhnə qurdun" olduğu bazarda hələ də yerini müəyyən edə bilməyib. Xidmət keyfiyyəti aşağıdır. Bu məsələdə operatora ən çox maneəni isə "Azercell" yaradır. (Bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik).
Başlayaq, daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan "Bakcell"dən. Hansı ki bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə "mahir cibgir" kimi girir. Məsələn, bu günlərdə Fuad Ağamalıyev adlı "Bakcell" abunəçisi az qala bütün ölkəyə şikayət etdi. Abunəçinin şikayətində bildirilirdi ki, "Bakcell" 9971 nömrəli bir xidmətlə müqavilə imzalayıb və onun balansındakı pulu mənimsəməklə məşğuldur: "Tanımadığım sayta nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu gün ərzində iki-üç dəfə təkrarlanır bəzən. Balansda həftə ərzində 10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin, xidmət deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir.
Əslində bu, bir abunəçinin etirazıdır. "Bakcell"in qiymət siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq-aydın görmək olur.
Kredit maxinasiyası
"Bakcell"in kredit xidməti də rəsmən sələmçi funksiyasını yerinə yetirir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən azı 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən, kredit borcu 1.20 AZN təşkil edir.
Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər 2 manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir, lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və balans artırıldıqdan sonra da 1 AZN çıxır. Balansından pulu yoxa çıxan abunəciyə isə heç bir arayış verilmir.
Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə bilir.
Bahalı pul köçürməsi
"Bakcell"in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20 qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti - hər bir göndəriş üçün 5 qəpik təşkil edir. Növbəti göndərişlərin qiyməti 10 qəpik olur.
Günboyu 0 tarifi ilə soyul
Operatorun kampaniyalarının şərtləri sərfəliliyi ilə "gözləri yaşardır". Götürək Günboyu 0 tarifini. Tarif dəqiqəsi 0 qəpiyə səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur. Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır. İlk 3 gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır. Göründüyü kimi, istifadə edildi-edilmədi gün ərzində abunəçi 29 qəpik itirir. Bundan əlavə, nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük verirlər, nəinki ünsiyyətə.
"ƏlaCIN" tarifi
Saatlarla danışmağı xoşlayanlar üçün olan bu tarifdə şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Nə az, nə çox - 1 AZN. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə 1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik "Bakcell"in cibinə gedir.
SevimliCin
Tarifin şərtləri də digər tariflərdən fərqlənmir. Bu tarifdə Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir. Tarifə keçid haqqı - 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı (SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə, şəbəkəxarici zənglərin tarifikasiya müddəti - 15 saniyədir. Göründüyü kimi avantajları geniş deyil.
"BlackBerry" paketi
"Bakcell" "BlackBerry" paketi isə ən bahalı xidmət sayıla bilər. Mobil operator CIN, Klass və Gold abunəçilərinin qoşulma tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir. Bunlardan ən ucuzu və keyfiyyətsizi Social 7 paketidir. Hansı ki istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33 manat olan paketlə "BlackBerry"nin "yes" düyməsi belə işləmir. Belə ki, operatorun saytında Social 7 paketində BBM (çat), BB mail (elektron poçt), sosial şəbəkələr üçün BB əlavələr, internetə giriş kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki reallıqda 150 MB trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil. Sosial 7 paketi sadəcə telefonun ekranında internetə çıxış işarəsinin yanıb-sönməsinə kifayət edir. İnternet trafiki "BlackBerry" telefonları üçün deyil.
600 MB-lıq Social 30 paketində də sürətli internet xidmətindən söhbət gedə bilməz. Əslində "BlackBerry" telefonları üçün paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq "Complete" paketinin qiyməti 13.99 manatdır.
Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun rəsmi internet ünvanında hər 1 MB-ın 0.10 AZN təşkil edəcəyi bildirilir. Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi halda növbəti paket yüklənənə qədər "BlackBerry" konturları "yeyir". Hər 1 saata balansdan 10 qəpik çıxılır.
Axar.az
DİGƏR XƏBƏRLƏR
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı
-
İmişlidə 25 yaşlı oğlan toyda qəfil öldü
-
Ermənistana 242 ton propan göndərildi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - (Video)





