Cəmiyyət

Azərbaycanda 10 hakim barədə intizam icraatlarına başlanıldı

18 Mart 2014 17:22
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda korrupsiya şəraiti yaratdığına görə 10 hakim barədə intizam icraatlarına başlanılıb

Trend-in Məhkəmə-Hüquq Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şuranın geniş iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb.

Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.

Qeyd edək ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.