Paytaxtı hər an dağıda biləcək "bombalar" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda metro keçidləri, yaşayış binalarının əhatəsində kifayət qədər yanacaqdoldurma məntəqələri (YDM) var. İki gün öncə Xətai rayonundakı "Lukoil" şirkətinə aid yanacaqdoldurma məntəqəsinə baş verən partlayış yenidən bu mövzunu gündəmə gətirib. YDM-lər harada olmalıdır və ya onların yaşayış binaları, metro keçidləri və əhalinin sıx olduğu məkanlarda yerləşməsi nə qədər doğrudur?Paytaxtda yaşayış binalarının əhatəsində yerləşən YDM-lər təhlükə mənbəyidir
Bu suallara cavab tapmaq üçün yolumuzu paytaxtdakı bir neçə YDM-dən saldıq. Tbilisi prospektindəki "İST" yanacaqdoldurma məntəqəsi yaşayış binalarının əhatəsində yerləşir. Bu YDM-də bir neçə dəfə yanğın olub. Ötən ay bu məntəqədəki dönərxanada baş verən yanğın qorxulu anların yaşanmasına səbəb olmuşdu. YDM-dən isə bildirdilər ki, indiyə kimi məntəqədə hər hansı bir təhlükəli hadisə baş verməyib. Operatorların sözlərinə görə, benzin çənlərinin yerləşdirilməsi ilə bağlı qayda-qanuna əməl edilib. Eyni zamanda YDM-də zəruri olan bütün təhlükəsizlik tədbirlərinə riayət edilir.
Operatorların özlərinə görə Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələri tez-tez "İST"də yoxlamalar aparır.
"Şamaxinka"da evlərin 5 addımlığında yerləşən "Lukoil"dən isə bildirdilər ki, YDM-lərin yaşayış binalarına yaxın olması təhlükəli vəziyyət yaratmır. Samir adlı baş operatorun sözlərinə görə, Bakı getdikcə böyüyür və şəhərdəki tıxaclar səbəbi ilə YDM-lərin şəhərin daxilində yerləşməsi sürücülər üçün daha sərfəlidir: "Təsəvvür edin, siz şəhərin mərkəzindəsiz, benzininiz qurtarır və növbəti YDM Lökbatdandadır. Vəziyyət necə olar? İndiki halda YDM-lərin şəhərin mərkəzində yerləşməsi sürücülərə sərf edir. Burada bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Ola biləcək hər hansı bir yanğın hadisəsinin qısa zamanda aradan qaldırılması üçün bütün imkanlara malikik. YDM daxilində siqaret çəkmək, telefonla danışmaq qadağandır. Eyni zamanda, iritutumlu avtobusların sərnişinlə YDM-ə daxil olmasına icazə vermirik. Qaydalara görə, həmin avtobuslar sərnişinləri düşürməli, daha sonra yanacaqdoldurmalıdır. Düzdür, bu qaydalara çox az sürücü əməl edir. Amma biz lazımi bütün xəbərdarlığımızı edirik".
Təhlükəli YDM-lərdən biri metronun "Gənclik" stansiyası yaxınlığındakı "AZPETROL" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsidir. Bu YDM həm də adamların sıx hərəkət etdiyi ərazidə tikilib. Üstəlik, obyektin bir addımlığında "McDonalds" restoranı fəaliyyət göstərir. Burada da kiçik bir partlayış böyük insan tələfatına səbəb ola bilər.
Metroya yaxın digər yanacaqdoldurma məntəqəsi isə "ABU-PETROL"dur. Bu yanacaqdoldurma məntəqəsi də "Gənclik" metrosunun ventilyasiyası şaxtasının yaxınlığında yerləşir. "ABU-PETROL"un dörd tərəfi, demək olar ki, yaşayış binaları ilə əhatələnib. "Odlar Yurdu" universiteti də adıçəkilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Bu ərazi həm də tələbələrin sıx olduğu yerdir.
Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində, metronun "20 Yanvar" stansiyası yaxınlığında, metro tuneli üzərində yerləşən "H-PETROL" da təhlükəli yanacaqdoldurma məntəqəsi sırasındadır. Metronun tunel xəttinin üstündə yerləşməklə yanaşı, ətrafında həm iaşə obyektləri, kababxana, həm də çoxsaylı yaşayış binaları yerləşir. Bu ərazi adamların çox sıx olduğu yerdir. Burada da kiçik partlayış dağıntılara və çoxsaylı insan tələfatına səbəb ola bilər.
Metronun "Əhmədli" stansiyası yaxınlığında "İST" yanacaqdoldurma məntəqəsi də uyğunsuz yerdə tikilib. Burada da ətraf yaşayış binası ilə əhatə olunub. Həm də metroya yaxın, tunel xəttinin üstündən keçir. "İST"-nin bir məntəqəsi də "Gənclik" metrosunun tunelinin üstünə düşür. O məntəqə həm də yaşayış kompleksinə bitişikdir.
Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyası yaxınlığında "GÜNƏŞ-PETROL" yerləşir. Bu yanacaqdoldurma məntəqəsi də təhlükə mənbəyidir. Ondan bir az aralıda "AZPETROL"un daha bir yanacaqdoldurma stansiyası yerləşir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Elçin Xankişiyevin fhn.gov.az-da yazdığına görə, avtomobilləri istər maye, istərsə də qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyekt olmaqla "A", yəni partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir.
Şöbə rəisinin sözlərimə görə, yanğına səbəb olan amillər mövcud qaydalara əsasən, diqqət mərkəzində saxlanılarsa, təbiət hadisələrinin təsiri istisna olmaqla, yanacaqdoldurma məntəqələrində fövqəladə hadisələrin, o cümlədən, partlayış və ya yanğın hadisələrinin baş vermə ehtimalı sıfıra yaxın olar: "Yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdırlar. Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədə müvafiqdir".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü





