Cəmiyyət

Azərbaycanda 230 km/saat sürətli qatar sərfəli deyil? - MÜSAHİBƏ

31 Avqust 2013 22:30
Baxış: 6 385
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov, Azərbaycanın dəmir yol nəqliyyatında aparılan islahatlar, yenidən qurma işləri ilə bağlı Anspress-ə müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:


- Bakıətrafı qəsəbələrdə hərəkət edən elektrik qatarlarının hərəkəti neçə illərdir dayandırılıb. Buna səbəb nədir?


- 1924-cü ildə Bakıda ilk tramvaylar, 1926-cı ildə isə ilk elektrik qatarları yaranıb. Bu, əsas Bakı kəndlərinə və bağlarına sərnişin daşınmasını təmin edirdi. Sovet hakimiyyəti illərində elektrik qatarlarından daha geniş istifadə olunurdu. Sovet hakimiyyəti dağıldıqdan sonra ölkəmiz inkişaf etməyə başladı. Bakı dairəvi yolunda dəmir yolu vardı, 2009-cu ildə həmin hissədə dəmir yolunun bir hissəsi söküldü və avtomobul yolu çəkildi.

- Elektrik qatarlarının yaxın gələcəkdə bərpası nəzərdə tutulubmu?


- Əlbəttə, gələcəkdə bu istiqamətdə işlər gedəcək. Şəhərsalma İdarəsindən qeyd edirlər ki, hələlik biz belə bir göstəriş almamışıq, bununla bağlı hər hansı sənəd yoxdur. Hazırda biz dövlət proqramı ilə işlər görürük, elektrik qatarları məsələsi keçib ikinci plana. Əlbəttə, bu istiqamətdə də işlər gedəcək. Sovet dövründən qalan elektrik qatarları çox köhnəlib, sıradan çıxıb, yeni elektrik qatarları alınmalıdır. Köhnələr yeniləri ilə əvəz olunmalıdır.

Əvvəllər dairəvi yol adlanan ərazidən Maştağa, Buzovna, Mərdəkan və Qalaya elektrik qatarları hərəkət edirdi. 2009-cu ildə həmin hissədəki dəmiryol xətti söküldü və avtomobil yolu ilə əvəzləndi. Əlbəttə, biz də düşünürük ki, elektrik qatarları həm ekoloji cəhətdən təmizdir, həm də elektrik qatarlarının Bakıda görünməsi insanlara çox xoş təsir bağışlayır. Bu da dövlətin apardığı bir nəqliyyat siyasətidir və bunu həyata keçirmək lazımdır. .

- Bakıda elektrik qatarlarında təmizliyə riayət olunmur, dəmiryolu stansiyalarında da natəmizlik müşahidə edilir. Bakıdan rayonlara hərəkət edən qatarlarda da vəziyyət yaxşı deyil. Bəlkə bu səbəbdən əhali daha çox avtobusla getməyə üstünlük verir?

- Bu nəqliyyat növü çox ucuzdur, əvvəllər də bu belə olub. Bu nəqliyyat növündən əhali düzgün istifadə etmir. Onlar öz təssərrüfat mallarını qatarlara yükləyir, lazım olan stansiyada boşaldırlar. Bunların da tör-töküntüsü qalır vaqonlarda, onlardan sonra təmizləmək lazım gəlir. Bütün dünyada elektrik qatarlarından sərnişin daşımaq üçün istifadə edirlər. Elektrik qatarları yük daşımaq üçün deyil, sərnişin daşımaq üçündür, ancaq əldə olan yükü elektrik qatarı ilə da daşımaq olar. Sərnişinlər artıq əvvəlki kimi bu nəqliyyat növünə maraq göstərmir, həm də elektrik qatarları gəlir gətirmir, zərərlə işləyir. Zərərlə işləyəndə, biz artıq elektrik qatarlarını işlədə bilmirik. Az istifadə etmələri təmizliklə bağlı deyil. Sərnişinlər daha sürətli nəqliyyatdan istifadə etmək istəyirlər, mənzil başına daha rahat və daha tez çatmaq istəyirlər. Onun üçün avtobuslara daha çox üstünlük verirlər. Elektrik qatarlarının sürəti insanları qane eləmir.

- Dəmiryolu stansiyalarının təmiri nəzərdə tutulubmu?

- Bakı-Sumqayıt elektrik qatarlarımız hərəkət edir, biz istəyirik ki, əsas bu hissə yenilənsin. Bakıdan Böyük Kəsik istiqamətində işlər həyata keçirilir. Bu istiqamətdə hərəkət edən qatarların stansiyaları yenilənir, müasirləşdirilir. Tarixi binalar saxlanılmaqla təmir olunur, qatarlar yenilənir. Bakıətrafı qəsəbələrdə dəmiryolu stansiyaları da təmir olunacaq.

- Bakı-Tiflis-Qars istiqamətində gedən işlər hazırda nə yerdədir?

- Hal hazırda "Azərbaycan Dəmir Yolları" QSC dövlət proqramı çərçivəsində böyük işlər həyata keçirir. Bakıdan Gürcüstana qədər olan ərazidə də əsas işlər həyata keçirilir. Gərək əsas bu istiqamətdə işlər həyata keçirilsin ki, Çindən gələn yüklər və sərnişinlər Gürcüstan və Türkiyəyə gedərək, ordan Avropa çıxsın. Hazırda bu istiqamətdə işlər gedir. Hazırda Türkiyə istiqamətində də işlər görülür, Bakı-Tiflis-Qars dəmiryolu üçün yeni lokomotiv və yeni sərnişin vaqonlarını almağa hazırlaşırıq. Hazırda bizim mütəxəssislər yeni lokomotivlərə və yeni vaqonlara baxış keçirilirlər. Bizim ərazilərdə onların işləmə qabiliyyətini, gücünü yoxlayırlar. Biz o qatarları öz imkanlarımıza görə alaçağıq.

Əvvəlcə, şimal-cənub nəqliyyatı üzərində, sonra isə Bakıətrafı dəmir yollarında işlər gedəcək. Bakı-Horadiz istiqamətində artıq bir çox işləri həyata keçirmişik. Biletlərin alınması kompüterləşdirilmiş sistemdə həyata keçirilir. Biletlərin satışını "online" sistemlə həyata keçiririk. Artıq həm Şimal istiqamətində, həm Astara istiqamətində biletlərin satışını kömpüterləşdirmişik. Gələcəkdə isə yolların və stansiyaların bərpası həyata keçiriləcək.

- Yüksək sürətli qatarların yaxın gələcəkdə Azərbaycana gətirilməsi mümkündürmü?

- Saatda 230 km/saat sürətlə gedən qatarları bizdə tətbiq etmək mümün deyil, çünki bunun üçün xüsusi yollar olmalıdır, yolun hər iki tərəfi bağlı olmalıdır. Azərbaycanın ərazisi 503 km-dir. Bakıdan Böyük Kəsiyə, yaxud da Astaraya saatda 230 km/saat sürətlə gedən qatar gərək Bakıdan çıxıb, birbaşa Astarada dayansın. Bizə bu qatarlar sərf eləmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.