Bu barədə "sumqayitxeber.com" saytına adının çəkilməsini istəməyən vəkil məlumat verib.Sumqayıtlı gənc oğlan mini-yubka geyinən qızı məhkəməyə verir
Vəkil bildirib ki, sükan arxasında olan gənc oğlan mini-yubkada yolu keçən xanımı qəzaya səbəb olmaqda günahlandırır.
Qəza törədən gənc oğlan artıq məhkəməyə müraciət etməyə hazırlaşır və vəkilə də müraciət edib.
İddiaya görə, qəza törədən şəxs hesab edir ki, xanım açıq-saçıq geyimi ilə sürücünün diqqətini yayındırıb və nəticədə qəza baş verib.
Milli.Az