Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəm olanda nə olar, hərəsinin bir sirri var
15 Oktyabr 2012 19:02
4 Şərh
Baxış: 212 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridir. Müəyyən mənada ədədlərin öz dili var, ibtidai qəbilələr bu dili başa düşür və ədədlərin dilində bir-biri ilə əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn, qədim yəhudi əlifbasında) hərflərin də ədədi mənası vardı.
Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1-9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi.
Xatırladaq ki, elm dünyasında Aqrippanı "rəqəmlərin atası" adlandırırlar. Keçək rəqəmlərin sirrinə:
1 - məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan "A" ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.
2 - gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.
3 - dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. İstedad və şən əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.
4 - sabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla - kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub.
5 - son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır.
6 - inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. İdeal rəqəmdir, həm tək, həm də tək rəqəmlərə bölünərək sanki onları birləşdirir.
7 - sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. O, məqsədi (1) və harmoniyanı (6) birləşdirərək, onu həqiqi psixoloji rəqəmə çevirən öz simmetriyasını yaradır.
8 - maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir.
9 - elementar rəqəmlərin ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət faktoruna çevrilir. Doqquz rəqəmi, 3 x 3-ün hasili kimi, dəyişkənliyi irəliyə doğru hərəkətə çevirir.
Dinlər rəqəmlər haqda nə deyir?
İncildə yazılır: "O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə, şeytanın rəqəmi yazıldı - 666".
İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Allahın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan...
İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi "Fatihə" 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.
Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.
Pifaqor deyir ki, 1 ilahi gücü, 6 soyuğu ifadə edir
Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor "1" rəqəmini İlahi güc kimi qəbul edir, "10" rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 - rəngin, 6 - soyuğun, 7 - sağlığın, 8 - sevginin rəqəmidir.
İngilislər 13-ü o qədər sevmir ki...
Bu arada vacib detal kimi xatırladaq ki, 11 sentyabr terrorundan sonra dünyada 11 rəqəmi ilə bağlı da araşdırma aparılıb və onu heç də xoş olmayan rəqəmlər sırasına qatıblar. Məlum olub ki, bu rəqəmdə həqiqətən də bir çox gizli məqamlar kəsişib. Terror aktlarının törədildiyi gün - 11 sentyabr. Həmin gün ilin 254-cü günüdür, cəmi 11 (Numerologiya qaydalarına əsasən 254=2+5+4=11). "Əgər bu cür arifmetik hərəkəti ayın tarixində də etsək (9-cu ayın 11-i), onda cəm yenə də 11 olar: yəni, 9+11=9+2=11. Onu da qeyd edək ki, sentyabrın 11-dən ilin sonuna kimi 111 gün qalır. Daha sonra hind maqları aviareyslərin nömrələrini öyrəniblər. Dünya ticarət mərkəzinin birinci binasıyla toqquşan təyyarə reysinin nömrəsi 11 idi. Həmin təyyarədə 92 sərnişin olub: 92=9+2=11. İkinci təyyarədə isə 65 nəfər olub: 65=6+5 - yenə 11 rəqəmi alınır".
Bəzi inanclara görə 13 ölüm rəqəmidir. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərəninin təyyarələrində 13 saylı kreslo olmur. Amma alimlər bu qorxunu xürafat sayır və deyilənlərə inanmır.
"Yeni Müsavat"

DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı