Sizcə atacağımız addım və tutacağımız mövqe nə olmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yəqin ki əksəriyyətiniz son dövrün standartlarından sayılan virtual dünya ilə təmasda olmağı çox sevirsiniz. Doğrusu özüm də bu sahədə heç geridə qalmağı sevmirəm. Bəzilərimizin ciddi araşdırmalar apardığı, bəzilərimizin isə əyləncə yerinə çevrilmiş dövrün ən populyar alətləri olan facebook, twetter, youtube da səyahət etmək, başqa millətlərin, xalqların mədəniyyətini öyrənmək, informasiya əsrində məlumatlılıq imkanlarını genişləndirməyin müsbət çalarları çoxdur. Bəziləri isə yuxarıda adlarını sadaladığım vasitələrdən istifadə edərək, kimlərəsə, şər atmağı, ağa qara deməyi, günəşin heç vaxt çıxmadığına özünü inandırmağa çalışır.
Bəli, təəssüflə qeyd etməliyik ki, belələri aramızda heçdə az deyil. O başqa məsələdir ki, bir çoxlarıda elə kompüterin arxasında oturaraq, gecə-gündüz dayanmadan olanı, olmayanı danışmaqla özlərini "fədakar", "milli demokrat" kimi göstərmək üçün gecə gündüz sosial şəbəkələrdən yığışmırlar.
Almaniyanın Berlin şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə "Azad söz" Youtube kanalını yaradan Tural Sadıqlının 90 saniyəlik söhbəti gecə-gündüz ekran arxasından "şir kimi nərildəyən" simasının Hacıyevin qarşısında deməyə söz tapmayaraq yumağa dönüşdüyünü hamımız izlədik. Bu qısa söhbətdə Əslində azdan çoxdan prosesləri izləyənlər bilirlər ki, pişiyin ağzı ətə çatmayanda həmişə deyir ki, ət iy verir. Bu sosial şəbəkə qəhrəmanlarının da əksər yanaşmaları belə olur. Yaxından izləyəndə görürsən ki, sən demə bunların göstərdiyi "köpük şou"sundan uzağa getmir. Yəni hayla gələn elə -küylədə gedir. Ancaq bu 90 sahiyəlik dialoqu izləyərkən məni düşündürən, Hikmət Hacıyevin səsləndirdiyi bir cümlə "Həyatda ən çətin şey vətənə xəyanət etməkdir" oldu və ilk səslənən sual "insan öz maraqları naminə bu qədərmi ağa qara deməkdən çəkinməz?" oldu.
Düşünürəm ki, "Youtube"a etdiyim səyahətlərimin birində rastlaşdığım faktlar sizdə də eyni sualların yaranmasına səbəb olacaq və düşündürəcək. Öncə qeyd edim ki, bu yazı ilə kimisə ittiham etmək fikrindən uzağam. Sadəcə daxilimdə səslənən sualların cavabını sizlərlə birgə cavablandırmaq fikrindəyəm desəm yəqin ki, fikirlərimi düzgün ifadə etmiş olaram.
Bir zamanlar, Azərbaycan prezidentini "Xankəndini satmaqda" günahlandıranlar, ardınca ölkənin birinci xanımına uyğun olmayan sözlər söyləyənlər, ardınca ölkə başçısının köməkçisi Hikmət Hacıyevlə bağlı hər günə bir verliş həsr edənlər açıq-aşkar göstərirdilər ki, dediklərinə özləri belə inanmırlar.
Xatırlayırsınızsa bir neçə ay öncə Almaniyanın Münhen şəhərində elə Mehriban xanım Əliyeva tərəfindən klavyatura qəhrəmanlarını kübarcasına cavablandırıldı. Əslində anlayana bu elə verilmiş ciddi cavab idi. Sadəcə bu "bloqerlər" özləri gələn sifarişin "İcraçısı" rolunda çıxış etdiklərini heç vaxt gizlətmirlər. Necə ki, biz bunu Tural Sadıqlının Hikmət Hacıyevə "məni dəvət edin gəlim" fikrini səsləndirməsi ilə təsdiqləmiş oldu.
Bəli bəlkədə kimlərsə mənimlə razılaşmaya bilər. Ancaq düşünün kimsə kimin uğuruna sevinməyə bilər, onun etdiklərini bəyənməyə bilər bu normaldır. Ancaq sən bir həyatını, yaşamını kiməsə həsr edərək onun etdiklərində yalnız mənfi axtarırsansa, elə bil kiməsə hesabat xatirinə göstərmək üçün hətta Vətəninə belə xəyanət etməyi gözardı edirsənsə bunun yalnız bir adı var. Rəhmətli Bəxtiyar Vahabzadə demiş "harda çörək vardırsa ora vətəndir mənə". Vətənə xəyanətin səbəbi isə heç nə ilə ölçülə bilməz. Nə Hikmət Hacıyevə yapışmayan hekayələr söyləməklə, nə də yaxşıya pis deməklə.
Həyat təcrübəmiz göstərir ki, bu günə kimi Azərbaycanın Vətənə xəyanət edən yox, əksinə onun üçün qan tökərək, can verən oğulları Milli Qəhrəmanımız Mübariz İbrahimov, Natiq Qasımov kimi savaş meydanlarında da kürək yerə vurmağı bacarıb.
Qeyd etdiyim səbəbləri bir daha əsaslandırmaq üçün başqa faktı da bölüşə bilərəm. Sadəcə oxuduğum, gördüyüm nəhayət tarix boyu dayanmadan təkrarladığımız səhvlərimizi bu dəfə təkrar etməmək üçün? Bəlkə də kimim kim olduğunu bildiyimiz və anladığımız üçün? Sizcə atacağımız addım və tutacağımız mövqe nə olmalıdır?
Sizi bilmirəm ancaq mənim fikrimcə "Berlin dialoqun"da 90 saniyəlik söhbətdə Hikmət Hacıyev qarşısındakının göründüyündən də kiçik olduğunu bir daha nümayiş etdirdi. Mənim fikrimcə bu söhbətin nöqtəsini elə Hikmət Hacıyev özü qoydu.
Vüsalə Hüseynli
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri
DİGƏR XƏBƏRLƏR
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
-
Azərbaycanda 41 dərəcə isti olacaq - Proqnoz
-
Sizcə atacağımız addım və tutacağımız mövqe nə olmalıdır?
-
Masa bronu üçün depozit: Restoranlar bunu tələb edə bilərmi?
-
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
XƏBƏR LENTİ
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Türkiyədə sərnişin avtobusu ilə avtomobil toqquşdu - 30 yaralı var - (Foto)
-
"Qarabağ" ÇSKA oyununun biletləri satışa çıxarılır
-
Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
-
Azərbaycanda 41 dərəcə isti olacaq - Proqnoz
-
Sizcə atacağımız addım və tutacağımız mövqe nə olmalıdır?
-
Zelenski və Tramp Vaşinqtonda görüşəcək
-
Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu
-
6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib
-
Masa bronu üçün depozit: Restoranlar bunu tələb edə bilərmi?
-
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
-
Fransa və İspaniyada fəlakət: 130 min insan təxliyə edildi - (Foto)
-
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
-
Atasının ölümündən sonra MakSim də xəstəxanaya yerləşdirildi
-
Gürcüstan yenə işıqsız qaldı
-
Hacıqabulda sürət qatarı 53 yaşlı kişini vuraraq öldürdü - (Yenilənib)
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
-
Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı - (Video)
-
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatdı
-
Tramp Netanyahunun Vaşinqtona səfərini açıqladı
-
Neft qiymətləri kəskin ucuzlaşdı - Brent 97 dollardan aşağı düşdü
-
FHN çimərliklərə üz tutanlara çağırış etdi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida





