Cəmiyyət

MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı

21 İyul 2026 17:32
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə ağır xəstələrin daşınması üçün istifadə edildiyi iddia olunan katalkanın görüntüləri müzakirələrə səbəb olub. Paylaşımlarda avadanlığın tibbi standartlara cavab vermədiyi və plastik PVC borular vasitəsilə hazırlandığı irəli sürülüb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan təkərli xərək Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri zamanı istifadə edilir.

Qurumun məlumatına görə, MRT cihazlarının güclü maqnit sahəsi səbəbindən bu tip müayinələrdə metal konstruksiyalı katalkalardan istifadə mümkün deyil. Buna görə də xəstələrin təhlükəsiz daşınması və müayinə masasına yerləşdirilməsi üçün maqnitə reaksiya verməyən xüsusi materiallardan hazırlanmış xərəklərdən istifadə olunur.

TƏBİB qeyd edib ki, bu cür avadanlıqlar beynəlxalq tibbi praktikada da tətbiq edilir və funksionallığı ilə yanaşı, daha qənaətcil həll variantlarından biri hesab olunur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.