Ölkədə İLK: Bu torpaqlar birləşdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək.
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026-2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub.
"Layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır. Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək", - deyə nazir müavini əlavə edib.
O son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsində davamlı artım dinamikasının müşahidə olunduğunu deyib.
"Son 10 ildə kənd təsərrüfatında real ifadədə ümumi artım 37,8% təşkil edib. Bu göstərici bitkiçilik sahəsində 48,2%, heyvandarlıq sahəsində isə 29,6% olub. Eyni zamanda, aqrar və qida məhsullarının ixracı da 62,8% artıb".
Z.Əliyev həmçinin vurğulayıb ki, bu dövrdə kənd təsərrüfatının inkişafı üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, eləcə də infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Soyuducu anbarların tutumu artırılıb, taxıl elevatorları və logistika infrastrukturu inkişaf etdirilib, fermerlərin lizinq xidmətlərinə çıxışı genişləndirilib. Eyni zamanda, bu müddətdə fermerlərə 96 mindən çox kənd təsərrüfatı texnikası lizinq yolu ilə təqdim olunub", - deyə nazir müavini qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Zığda yaşayış binasında yanğın oldu
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat





