Borcla qurbanlıq almaq düzgündür? - İmkan yoxdursa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban bayramı yaxınlaşdıqca bir çoxlarının zehhnində həmişəki suallar dolaşır: borcla heyvan almaq olar, yaxud maddi imkan yoxdursa, nə etməli?.
"Qurban ibadətinin kimlərə vacib olması məsələsinə İslam hüququ baxımından yanaşdıqda, bu ibadət əsas etibarilə maddi imkana malik olan müsəlmanlara aiddir".
Milli.Az xəbər verir ki, bunu "Yeni Sabah"a ilahiyyatçı Ağa Hacıbəyli bildirib:
"Həcc ziyarəti zamanı Minada yerinə yetirilən qurban ibadəti həmin ibadətin bir hissəsi kimi qəbul olunur və bu, yalnız Həcc əməlini icra edən zəvvarlara şamil edilir. Həccə getmək imkanı olmayan şəxslər isə yaşadıqları ölkələrdə, şəhər və kəndlərdə imkanları daxilində qurban ibadətini yerinə yetirirlər.
İlahiyyat qaydalarına görə, qurban kəsmək borcu olmayan, zəruri ehtiyaclarını qarşılayıb nisab miqdarında mala sahib olan müsəlmanlara vacib və ya güclü sünnə sayılır. Borclu şəxslər isə ilk növbədə mövcud borclarını ödəməli, bundan sonra imkanları qalarsa qurban ibadətini yerinə yetirməlidirlər.
Eyni zamanda, qısa müddət ərzində maliyyə vəsaitinin əldə olunacağı dəqiq bilinən hallar istisna olmaqla, borc götürərək qurban kəsmək şəri baxımdan tövsiyə edilmir. Çünki qurban ibadəti yalnız real maddi imkan daxilində icra olunan bir ibadətdir.
Ümumilikdə qurbanın mahiyyəti yalnız ibadət deyil, həm də sosial məsuliyyət və həmrəylik prinsipinə əsaslanır. Kəsilən qurban ətinin ehtiyac sahibləri ilə paylaşılması İslamın sosial ədalət anlayışının mühüm tərkib hissəsi kimi dəyərləndirilir".
İlahiyyatçı Hacı Fuad Nurullayev isə qurban kəsmənin əsas mahiyyətinin insanın Allaha yaxınlaşması olduğunu bildirib:
"Bayramı yaxınlaşır və bu ibadət barədə düzgün anlaşılmayan məqamlar var. "Qurban" sözünün özü "Allaha yaxınlaşma" mənasını verir. Yəni insan etdiyi əməl ilə Allah-Təalaya yaxınlaşmağa niyyət edir və bu, savab bir ibadətdir.
Qurban bayramında kəsilən qurban "İsmail qurbanı" kimi anılsa da, bu ibadət ümumilikdə vacib deyil, müstəhəb əməllərdəndir. Yəni bunu edən savab qazanır, etməyən isə günaha düşmür. Bu ibadət yalnız Məkkədə həcc ziyarətində olan zəvvarlar üçün xüsusi hökm daşıyır və orada olanlar üçün vacib sayılır. Amma vətəndə yaşayan müsəlmanlar üçün qurban kəsmək vacib deyil, imkanı olanlar üçün savab və tövsiyə olunan bir əməldir.
Qurban kəsmək məsələsində insanların maddi vəziyyəti nəzərə alınmalıdır. Əgər bir insan ailəsinin gündəlik ehtiyaclarını qarşılamaq üçün borc alırsa, ərzaq və əsas xərclərini güclə təmin edirsə, onun üzərinə qurban kəsmək vacib deyil. Amma maddi cəhətdən imkanı yerində olan insanlar bu ibadəti yerinə yetirsələr, Allah yanında böyük savab qazanmış olarlar".
Fuad Nurullayev qurbanlıq heyvanlarla bağlı yaş tələblərinə də aydınlıq gətirib:
"Xırdabuynuzlu heyvanların ən azı 6 ayını tamamlaması, iribuynuzlu heyvanların 1 yaşdan yuxarı olması, dəvənin isə 5 yaşını tamamlaması tələb olunur. Bu şərtlər qurban ibadətinin düzgün icrası üçün əsasdır.
Qurban ətinin bölünməsi də mühüm məsələdir. Ət üç hissəyə bölünür: bir hissəsi ailənin istifadəsinə verilir, qalan hissələr isə qohumlara, qonşulara və xüsusilə ehtiyacı olan insanlara paylanır. Bu, qurban ibadətinin sosial mahiyyətini də göstərir".
İlahiyyatçı Qurban bayramı namazının vacib olmadığını, lakin savab məqsədilə qılındığını qeyd edib:
"İmkanı olan şəxslər bu namazda iştirak edə bilərlər. Müxtəlif yerlərdə namaz saatları fərqli ola bilər və bu, yerli qaydalara uyğun şəkildə icra olunur.
Ümumilikdə qurban ibadəti insanın həm Allaha yaxınlaşması, həm də sosial məsuliyyətini yerinə yetirməsi baxımından mühüm bir ibadətdir. Allah-Təala bütün ibadətləri qəbul etsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ət, çörək və digər məhsullarla bağlı əhaliyə ŞAD XƏBƏR
-
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
-
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
-
Azərbaycanda məktəblər 2 gün tez BAĞLANACAQ
-
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır
-
Bu gün ölkədə qısa iş GÜNÜDÜR
XƏBƏR LENTİ
-
Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin
-
Buraxılış imtahanlarında YENİLİK: Şagirdlər fikirlərini belə ifadə edəcək
-
Saşa İliç "Sumqayıt"dan GETDİ
-
Ət, çörək və digər məhsullarla bağlı əhaliyə ŞAD XƏBƏR
-
Elgiz aylar sonra... - VİDEO
-
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
-
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
-
Azərbaycanda məktəblər 2 gün tez BAĞLANACAQ
-
Bu ölkədə güclü zəlzələ oldu
-
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır
-
"Real" Mpappenin əvəzləyicisini TAPDI - FOTO
-
Bu gün ölkədə qısa iş GÜNÜDÜR
-
Borcla qurbanlıq almaq düzgündür? - İmkan yoxdursa...
-
Sükan arxasında diqqətli olun - XƏBƏRDARLIQ
-
Ağsuda ağır QƏZA - Ölənlər var
-
"Səhnəyə çıxmağa yarım saat qalmış ölüm xəbərini eşitmişdim"
-
Regiondakı reallıqları görməyib Azərbaycanın gözündə çöp axtaranlar
-
Bakıdan çıxan qatar Gürcüstanın paytaxtına çatdı - YENİLƏNİB
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR
-
İbrahimoviç və Tayson Fyuri İngiltərə klubu alacaqlar
-
Ondan sonra bir daha evlənməyi düşünmür
-
Beton əvəzinə bu üsuldan istifadə edirlər: Dağ boyda torpağı təkbaşına saxlayır - FOTO
-
Ölənə kimi bütün xərclərini Mustafanın ödəməsini istəyir
-
Şokolad muslu tiramisu resepti





