Şokolad muslu tiramisu resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ənənəvi tiramisu ləzzətini ipək kimi yumşaq şokolad musu ilə birləşdirən bu möhtəşəm şirniyyat xüsusilə şokoladsevərlərin favoriti olacaq. Həm vizual olaraq şık, həm də dad olaraq olduqca zəngin bir daddır.
Milli.Az inqrediyentləri təqdim edir:
Əsas baza üçün:
"Kedidili" peçenyesi (biskviti)
Kakao (üzərinə səpmək üçün)
Peçenyeləri islatmaq üçün qəhvə:
1 su stəkanı isti su
1 xörək qaşığı qranullaşdırılmış (həll olunan) qəhvə
Şokolad Mus (Mousse) üçün:
1 çay qaşığı qranullaşdırılmış qəhvə
Bir qədər su (qəhvəni həll etmək üçün)
4 ədəd yumurtanın sarısı
2 xörək qaşığı şəkər tozu
1 çimdik duz
170 q tünd (bitter) şokolad
2 ədəd yumurtanın ağı
1 dolu xörək qaşığı şəkər tozu (yumurta ağını köpürtmək üçün)
soyuq qaymaq
Şokolad Qanaş üçün:
3 xörək qaşığı qaymaq
120 q tünd (bitter) şokolad
Şokolad musun hazırlanması:
Bir stəkanda 1 çay qaşığı qranul qəhvəni suda qarışdıraraq tamamilə həll edin.
İstiyədavamlı bir qabda 4 yumurta sarısı ilə 2 xörək qaşığı şəkər tozunu qarışdırın. Bu qabı içində qaynar su olan bir qazanın üzərinə qoyaraq (benmari üsulu) şəkər əriyənə qədər tel çırpıcı ilə dayandırmadan qarışdırın.
Şəkər əridikdə içərinə əvvəlcədən həll etdiyiniz qəhvəni, bir çimdik duzu və 170 q doğranmış tünd şokoladı əlavə edin. Şokoladlar tam əriyənə qədər qarışdırmağa davam edin və sonra qabı kənara qoyun.
Ayrı bir təmiz qabda 2 yumurta ağını və 1 xörək qaşığı şəkər tozunu, qabı tərs çevirdikdə belə tökülməyəcək bərk bir köpük (bize kıvamı) alana qədər mikserlə yaxşıca çalın.
Hazırladığınız bu yumurta ağını, ilıqlaşmış şokoladlı qarışığa spatula vasitəsilə, köpüyünü söndürmədən, aşağıdan yuxarıya doğru yavaş-yavaş yedirin.
Digər bir qabda soyuq qaymağı mikserlə bərkiyənə qədər çalın. Çalınmış qaymağı da şokoladlı qarışığa əlavə edib, eyni şəkildə spatulayla kənarlardan daxilə doğru ehtiyatla qarışdırın. Mus artıq hazırdır.
Şokolad qanaşın hazırlanması:
120 q tünd şokoladı benmari üsulu ilə əridin və içərisinə 3 xörək qaşığı qaymağı əlavə edib hamar bir tekstura alana qədər qarışdırın.
Yığılması və Süfrəyə Verilməsi:
İlk qat: 1 stəkan isti su və 1 xörək qaşığı qranul qəhvəni qarışdırın. "Kedidili" peçenyelərini bu qəhvəyə batırıb çıxararaq servis qabınızın tabanına nizamla düzün.
Peçenyelərin üzərinə ələk vasitəsilə nazik bir qat kakao səpin.
Hazırladığınız şokolad musunu peçenyelərin üzərinə bərabər şəkildə yayın. (İstəyə görə bu prosesi iki qat şəklində təkrar edə bilərsiniz).
Şirniyyatı bu şəkildə 1 saat soyuducuda saxlayın ki, mus bir az bərksisin.
Soyuducudan çıxardıqdan sonra üzərinə hazırladığınız şokolad qanaşını gəzdirin və bu dəfə tam dadlanması üçün ən az 4 saat (yaxşı olar ki, bir gecə) soyuducuda gözlədin.
Tam soyuduqdan sonra böyük bir qaşıqla porsiyalara ayıraraq servis edin.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
-
Hörmüz boğazında tanker naməlum mərmi ilə vuruldu
-
Goranboyda həkim dərmandan zəhərləndi
-
Konqoda Ebola təhlükəsi böyüyür: 8728 yoluxma, 4205 ölüm





