Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan artıq Cənub-Cənub əməkdaşlığı sahəsində bir sıra təşəbbüslər üzrə lider ölkədir.
Milli.Az xəbər verir ki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Əl-Xətib Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
"Azərbaycanın ASAN adlı çox uğurlu dövlət xidmətləri modeli var. Hazırda bu model Qlobal Cənubun bir çox ölkələrində də tətbiq olunur. Afrika və Asiyanın təxminən 30 ölkəsi uğurlu təcrübəni mənimsəmək üçün ASAN ilə əməkdaşlıq edir. Bu, bir nümunədir. İkinci nümunə isə Qlobal Cənub QHT Platformasının yaradılmasıdır. Bu platforma yüzə yaxın qeyri-hökumət təşkilatını birləşdirərək vətəndaş cəmiyyətinin səsini, o cümlədən şəhər gündəliyinin irəlilədilməsi baxımından gücləndirir. Azərbaycan, şübhəsiz ki, şəhər gündəliyinin və Cənub-Cənub əməkdaşlığının dəstəklənməsində əsas rol oynaya biləcəyi bir çox digər təşəbbüslərə də malikdir", - deyə o bildirib.
Dima Əl-Xətib qeyd edib ki, WUF13-də əsas diqqət Qlobal Cənub ölkələri üçün xüsusi əhəmiyyət daşıyan mənzil məsələlərinə yönəlib.
"Bizim üçün WUF13 çərçivəsində formalaşan bütün mesajların konkret fəaliyyət formasında Cənub ölkələrinə də çatdırılması vacibdir. Şəhər gündəliyi ilə bağlı müxtəlif çağırışlar - istər iqlim dəyişikliyi, istər bərabərsizlik, gender bərabərliyi məsələləri, istərsə də gənclərin cəlb olunması - Cənub-Cənub əməkdaşlığı vasitəsilə daha sürətlə irəlilədilə bilər. Çünki oxşar mədəni irsə, coğrafiyaya və ümumi problemlərə malik ölkələr bir-birindən daha tez öyrənə bilirlər. Bu isə həm vaxta qənaət edir, həm də ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verir", - deyə o bildirib.
O vurğulayıb ki, şəhərlər yalnız problemlərin və çağırışların mənbəyi deyil, eyni zamanda həll yollarının da mənbəyidir.
"Bir çox şəhərlər artıq səhiyyə, kənd təsərrüfatı, tullantıların idarə olunması və ya su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə digər ölkələrlə bölüşülə biləcək həllər təqdim ediblər. Hər bir şəhərin üzləşdiyi bütün bu çağırışlar eyni zamanda həll mənbələrinə çevrilir. Cənub-Cənub və üçtərəfli əməkdaşlıq vasitəsilə bu həllər bir regiondan digərinə ötürülə bilər. Əlbəttə, onların milli kontekstə uyğunlaşdırılması vacibdir. Lakin bu, problemlərin Cənub-Cənub əməkdaşlığı vasitəsilə həlli üçün olduqca mühüm mexanizmdir.
Bildiyiniz kimi, hesablamalara görə, 2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə və urbanizasiya olunmuş mühitdə yaşayacaq. Həmin 70 faizin isə 90 faizi Cənub ölkələrinin payına düşəcək. Bu isə şəhərlərə ciddi təzyiq yaradacaq. Məhz buna görə də şəhər gündəliyinə siyasi, maliyyə alətləri və praktiki həllər səviyyəsində yanaşılması son dərəcə vacibdir. Bütün bu səviyyələrdə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq əsas mexanizmə çevrilə bilər", - deyə Dima Əl-Xətib izah edib.
O əlavə edib ki, dünya ölkələrinin təxminən 80 faizini təşkil edən Qlobal Cənub ölkələri çox vaxt istər sosial-iqtisadi kontekst , istər ekoloji və sosial çağırışlar baxımından oxşar xüsusiyyətlərə malikdir.
"Bu isə problemlərin həlli yolları üzrə qarşılıqlı öyrənmə prosesini asanlaşdırır. Ölkələr birlikdə fəaliyyət göstərə, müəyyən problemlərin həllində uğur qazanan dövlətlər isə öz təcrübələrini başqaları ilə paylaşa bilərlər. Qlobal Cənubun bəzi problemləri coğrafi sərhədləri aşır. Məsələn, iqlim dəyişikliyi ölkələrin harada yerləşməsindən asılı olmayaraq hər kəsə təsir göstərir. Buna görə də bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlıq vacibdir. Cənub-Cənub əməkdaşlığı son dərəcə mühüm əhəmiyyət daşıyır və Cənub ölkələrinin inkişafının əsas elementidir. Çünki bu əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirməyə, həmçinin həll yolları, təcrübə və potensialın gücləndirilməsi imkanlarının mübadiləsini təmin etməyə imkan verir", - deyə o bildirib.
Dima Əl-Xətib qeyd edib ki, Qlobal Cənubun bir çox ölkəsi borc böhranı problemi ilə də üzləşir.
"Onlar borc yükünü azaltmağa kömək edəcək maliyyə alətləri axtarırlar. Bəzi ölkələr artıq bu istiqamətdə irəliləyişə nail olublar və öz təcrübələrini bir-biri ilə paylaşa bilərlər. Lakin bunun üçün inkişaf tərəfdaşlarının - istər inkişaf bankları, istər özəl sektor, istər çoxtərəfli sistem, istərsə də böyük ekspert potensialına malik BMT sisteminin dəstəyi vacibdir. Məsələn, şəhər gündəliyi üzrə UN-Habitat, fövqəladə hallar məsələlərində BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, səhiyyə sahəsində isə Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar bu istiqamətdə mühüm rol oynayır.
Bundan əlavə, müasir dünyada hamı smart texnologiyalardan, smartfonlardan və rəqəmsal platformalardan istifadə edir və bu, biliklərə çıxış və təcrübə mübadiləsi üçün ən sürətli vasitədir. Bizim Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Ofisimiz hazırda mindən çox ən yaxşı təcrübəni özündə birləşdirən "South-South Galaxy" adlı rəqəmsal bilik platformasını dəstəkləyir. İstənilən ölkə, təşkilat və ya vətəndaş cəmiyyəti bu platformaya daxil olaraq həmin təcrübələri öyrənə bilər. Hazırda biz potensialın artırılması üçün alətlər, ölkələr arasında real vaxt rejimində dialoq imkanları , eləcə də mümkün maliyyə mexanizmləri barədə operativ xəbərlər və informasiya əlavə etməklə, bu rəqəmsal platfromanı təkmilləşdiririk.", - deyə o yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
XƏBƏR LENTİ
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı
-
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
-
Əli Əsədov Türkmənistana getdi
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı





