Mədəniyyət

“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO

21 May 2026 18:42
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində "Böyük şəhərlərin kino musiqisi" adlı konsert proqramı təqdim olunub.

Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti, dirijor Ellada Məmmədovanın rəhbərliyi ilə təqdim olunan konsert proqramında tamaşaçılar "Bəxt üzüyü", "Oyuncaq", "Agent 007", "New York, New York", "Əhməd haradadır?" və digər ekran əsərlərinə bəstələnmiş musiqiləri orkestrin canlı ifasında dinləmək imkanı qazanıblar. Musiqi nömrələri filmlərin ruhunu və atmosferini əks etdirən teatral səhnəciklərlə müşayiət olunaraq gecəyə xüsusi dramaturji dinamika bəxş edib.

Proqram çərçivəsində Mahnı Teatrının solistləri: Azad Şabanov, İlhamə Qasımova və dəvətli gənc ifaçı: Elmira Atapoor səhnədə çıxış ediblər.

Gecə boyunca səslənən kino musiqiləri tamaşaçıları müxtəlif dövrlərin və şəhərlərin ekran yaddaşına səyahətə apararaq unudulmaz anlar yaradıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.