"Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Nadir Qafarzadə sosial şəbəkə istifadəçiləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ifaçı instaqram hesabında paylaşdığı videoda bəzi insanların sosial mediada etik normaları aşdığını bildirib.
Hazırda Moskvada olduğunu deyən sənətçi burada insanların davranışlarının onu düşündürdüyünü vurğulayıb:
"Burada hava isti olsa da, küçədə açıq-saçıq gəzən insanlara rast gəlmədim. Amma bizdə yay gəlməmiş insanlar artıq soyunmağa başlayırlar".
Nadir Qafarzadə sosial şəbəkələrdə yayılan bəzi paylaşımları da tənqid edib:
"Sosial şəbəkələr baxımından deyirəm ki, ən abırsız və həyasız insanlar Azərbaycandadır. 1-2 faiz yaxşılardan uzaq".
Müğənni xüsusilə bəzi kişi həkimlərinin sosial mediada açıq mövzularda danışmasına münasibət bildirib. İfaçı qeyd edib ki, "abır" anlayışı bəzi insanlar üçün yalnız söz olaraq qalıb və cəmiyyət müəyyən sərhədləri aşmağa başlayıb:
"Kişi həkimlərinə baxıram, hər şeyi açıq-aşkar danışırlar. Siz kişisiniz, pasiyenti otağa çağırın və lazım olanı orada izah edin. Hər şey sosial şəbəkədə danışılmalı deyil. Abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu, müasirlik deyil. Hər şeyin həddi aşılır. Hazırda Moskvadayam. Hava da istidir. Amma burada hava isti olsa da, lüt gəzən insanlar görmədim. Lakin bizdə yay gəlməmiş insanlar artıq soyunmağa başlayırlar. Çox maraqlıdır, niyə belədir? Sosial şəbəkələrə baxanda elə bilirsən ki, ən abırsız və həyasız insanlar Azərbaycandadır. Yaxşı insanlardan isə əsər-əlamət yoxdur. Nə baş verir?
Kişi həkimlərinə baxıram, hər şeyi açıq-aşkar danışırlar. Siz kişisiniz, sözünüz var, pasiyenti otağınıza çağırın və lazım olanı orada deyin. Ayıbdır axı. Bəzi azərbaycanlılar üçün sosial şəbəkələrdə "abır" sadəcə söz olaraq qalıb. Halbuki, abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu, müasirlik deyil. Hər şeyin həddi aşılır. Allaha and olsun, bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar. Kimə güldüksə, sonda o vəziyyət bizim başımıza gəldi. Allah, sən bizi bağışlama. Günahımız çoxdur".
Nadir Qafarzadənin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun dediklərini dəstəkləsələr də, digərləri bu açıqlamaları sərt hesab ediblər.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Marina Vladi vəfat etdi
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışı başa çatdı - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)





