Kaseto şirniyyatı resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xırçıldayan biskvit altlığı, yüngül və köpüklü kremi, kakaolu ikinci qatı ilə hazırlanan kaseto şirniyyatı, xüsusilə yay aylarında sərinləşdirici və zərif təamlar axtaranlar üçün çox fərqli bir alternativdir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Altlığı üçün:
1 paket yulaf biskviti
2 xörək qaşığı əridilmiş kərə yağı
1 xörək qaşığı süd
Kremi üçün:
4 ədəd yumurta
1 su stəkanı şəkər tozu
2 paket krem şanti
1,5 su stəkanı soyuq süd
1 ədəd limon qabığının rəndəsi
1 paket vanil
Kakaolu qatı üçün:
2 xörək qaşığı kakao
4 xörək qaşığı damla şokolad
1 ovuc iri üyüdülmüş fındıq (istəyə görə)
Hazırlanma qaydası
Biskvitləri blenderdən keçirərək un halına gətirin. Əridilmiş kərə yağı və süd ilə qarışdırıb dördbucaq qəlibin (formanın) dibinə sıxaraq yayın.
Yumurtaların sarısını və ağını fərqli qablara ayırın.
Yumurta ağlarını mikserlə bərk köpük halına gələnə qədər yaxşıca çalın.
Ayrı bir qabda yumurta sarılarını, şəkər tozunu və limon qabığı rəndəsini rəngi açılana qədər çalın.
Başqa bir qabda krem şantini soyuq süd ilə qatılaşana qədər hazırlayın. Əvvəlcə yumurta sarılı qarışığı krem şantiyə əlavə edin. Ardından yumurta ağlarını spatula vasitəsilə, köpüyünü söndürmədən ehtiyatla bu qarışığa yedirin.
Hazırladığınız bu ağ qarışığın yarısını biskvit altlığının üzərinə yayın.
Qabda qalan digər yarıya kakao, damla şokolad və istəyə görə fındıq əlavə edib qarışdırın. Bu kakaolu qatı da ağ qatın üzərindən yayın.
Qəlibin üzərini örtün və dondurucuda ən az 8 saat, imkan varsa bir gecə saxlayın. Servis etməzdən bir kaç dəqiqə əvvəl çıxarıb dilimləyin.
Yumurta ağlarını ayrı çırpıb qarışığa söndürmədən əlavə etmək daha yüngül və məsaməli olmasını təmin edir.
Biskvitli altlığı qəlibə yayarkən üzərindən yaxşıca basdırın ki, dilimləyən zaman ovulub dağılmasın.
Qatları hazırlayarkən mikserlə deyil, spatula ilə aşağıdan yuxarıya doğru nazik hərəkətlərlə qarışdırın ki, kremin həcmi itməsin.
Şirniyyatı dondurucudan çıxardıqdan sonra 5-10 dəqiqə gözlətsəniz, daha rahat və hamar dilimlənəcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
XƏBƏR LENTİ
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)





